Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bakı və İrəvan sülh yolunda: Sülhün ləngiməsindən itirən kimdir Şərh

Bakı və İrəvan sülh yolunda: Sülhün ləngiməsindən itirən kimdir Şərh

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Müharibədə qələbə qazanan Azərbaycanın bugünkü əsas hədəfi regionda davamlı sülhün təmin olunması və Cənubi Qafqazın sabitlik və əməkdaşlıq məkanına çevrilməsidir. Bakı uzunmüddətli təhlükəsizlik və inkişaf gündəliyini məhz bu istiqamətdə formalaşdırıb. Prezidentin köməkçisi Hikmət Hacıyevin açıqlamaları Azərbaycanın strateji baxışını daha aydın göstərir. Onun sözlərinə görə, Azərbaycan üçün artıq müharibə və münaqişə bitib və ölkə sülhü “əbədi, davamlı və geri dönməz” etmək niyyətindədir. Sülhün təsis ediləcəyi regional təhlükəsizlik arxitekturası elə formalaşdırılmalıdır ki, hər hansı revanşist meyllərə tab gətirə bilsin”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

O qeyd edib ki, etimad mühiti müxtəlif səviyyələrdə formalaşır: “Davamlı sülh üçün hökumətlər arasında etimad mühüm başlanğıc nöqtəsidir və bu istiqamətdə ilkin addımlar artıq atılır. H.Hacıyev Ermənistan və Azərbaycan hökumətləri arasında “etimad elementlərinin” yarandığını vurğulayaraq bunun gələcək üçün mühüm təməl olduğunu bildirib. Lakin daha çətini xalqlar arasında etimadın qurulmasıdır: “Biz sülh sazişini təkcə Ermənistan hökuməti ilə imzalamaq istəmirik. Biz onu Ermənistan xalqı ilə imzalamaq istəyirik ki, gələcək nəsillər də faydasını görsün”.

Azərbaycan bu məqsədlə etimad quruculuğu tədbirləri üzərində sistemli şəkildə işləyir. Üç onillik münaqişə və son illərdə yaşanan eskalasiyalara baxmayaraq Bakı bu məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edir.

Qətərdə keçirilən Doha Forumundakı çıxışında Hacıyev “tarixi Vaşinqton razılaşmasının” Cənubi Qafqazı köklü şəkildə dəyişəcəyini bildirib. O, bu sazişi “Cənubi Qafqaz üçün Kemp-Devid modeli” adlandırıb və ədalətli sülh əsasında yeni geosiyasi reallıq yarandığını qeyd edib.

Onun fikrincə, bu dəfə tərəflər sülhü statik anlaşma kimi deyil, dinamik, fasiləsiz çalışma tələb edən bir proses kimi dərk edirlər. Bakı və İrəvanın mütəmadi kontaktları, əldə olunan razılaşmaların icrasına fokuslanması da bu yanaşmanın göstəricisidir”.

Deputat hesab edir ki, Hacıyev-Qriqoryan tandemi yeni siyasi mədəniyyətin işarəsidir: “Doha Forumunda “Euronews”a birgə müsahibə verən Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan regionun gələcəyinə dair nadir dialoq nümunəsi göstərdilər.

Hacıyev bu formatı Bakının xoşməramlı iradəsinin nümayişi kimi xarakterizə edib: “Strategiyamız Cənubi Qafqazı rəqabət zonasına yox, əməkdaşlıq və tərəfdaşlıq arenasına çevirməkdir”.

Qriqoryan da etimad inşasının vacibliyini vurğulayaraq, Azərbaycanın və Ermənistanın artıq “etimad divarında yeni bir kərpic qoyduğunu” qeyd edib. Onun sözlərinə görə, iqtisadi layihələr və qarşılıqlı asılılığın artması sülhü daha da möhkəmləndirəcək.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da sülh prosesinə dair mövcud mərhələni “son tarix yox, yeni üfüqlər açan məqam” kimi səciyyələndirib.
Onun fikrincə, Azərbaycanın sülh gözləntiləri üç əsas sütuna dayanır: Düşmənçiliyin siyasi dövrlərdən asılı olmayaraq birdəfəlik aradan qaldırılması; açıq sərhədlər və bərpa olunmuş kommunikasiya xətləri əsasında proqnozlaşdırıla bilən münasibətlər; qarşılıqlı iqtisadi asılılıq üzərində qurulan sabitlik.

Bu yanaşma Cənubi Qafqazı daha geniş Avrasiya məkanının dayanıqlı inkişaf zonasına çevirməyə yönəlmiş strategiyanın tərkib hissəsidir”.

Deputat onu da qeyd edib ki, Bakının  sülh istiqamətindəki ciddi səylərinə baxmayaraq İrəvan tərəfdən belə adekvat addımlar o qədər də hiss olunmur: “Əksinə bir çox hallarda tormozlayıcı proseslərin baş veridiyini müşahidə edirik. İrəvanın  bu cür ziddiyyətli addımları isə sülh fürsətlərini gecikdirir.

Zəngəzur dəhlizi, Konstitusiya dəyişikliyi və digər vacib başlıqlarda İrəvanın destruktiv mövqeyi prosesləri ləngidir və qarşılıqlı etimadın dərinləşməsinə mane olur.

Maraqlıdır ki, bu məsələdə beynəlxalq tərəfdaşlar da Bakı ilə eyni mövqeyi bölüşür. ABŞ-ın Ermənistandakı səfiri açıq şəkildə bəyan edib ki, sülh sazişinin imzalanması və Zəngəzur marşrutunun açılması ilk növbədə Ermənistanın özünün xeyrinədir. Amerikalı diplomat qeyd edib ki, bu, Ermənistanın iqtisadi inkişafı və regional inteqrasiyası üçün real şansdır.

Bütün bu çətinliklərə baxmayaraqq Azərbaycan  bu gün Cənubi Qafqazda sülh prosesini irəli aparan əsas tərəf Azərbaycan olaraq görünür. “Bakı həm siyasi, həm təhlükəsizlik, həm də iqtisadi müstəvilərdə davamlı sabitlik üçün praktik və ardıcıl addımlar atır.

Doha Forumundakı beyanatlar və aparılan dialoqlar göstərir ki, Azərbaycan regional məsuliyyət daşıyan lider rolunu qəbul edib; sülh prosesinin yalnız kağız üzərində deyil, real həyatda davamlı olmasına çalışır; etimad, iqtisadi inteqrasiya və əməkdaşlıq üzərində qurulan yeni Cənubi Qafqaz modeli formalaşır.

Ermənistan bu reallığı nə qədər tez dərk etsə, bir o qədər tez inkişaf və təhlükəsizliyə qovuşacaq. Sülhün ləngiməsi isə ən çox elə İrəvanın öz imkanlarını məhdudlaşdırır”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Dekabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri