Bakı və İslamabad müzakirələr apardı
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovla qarşılıqlı hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsi və iki ölkənin məhkəmə sistemlərinin potensialının gücləndirilməsi məsələlərini müzakirə edib.
Bu barədə Bakıvaxtı.az-a Pakistanın Baş nazirinin dəftərxanasına istinadən xəbər verir.
Görüş zamanı Ş.Şərif iki qardaş ölkə arasındakı ikitərəfli münasibətlərin möhkəmlənməkdə davam etdiyini vurğulayıb. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırıb.
F.Əhmədov öz növbəsində Ş.Şərifə Azərbaycan və Pakistan arasında hüquqi və məhkəmə qarşılıqlı fəaliyyəti sahəsində əməkdaşlığın cari vəziyyəti barədə məlumat verib.
Tərəflər qarşılıqlı hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsi və hər iki ölkənin məhkəmə sistemlərinin gücləndirilməsi üzrə fəal işin aparıldığını qeyd ediblər.
Pakistanın Baş naziri əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib və bütün sahələrdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevlə tezliklə görüşəcəyinə ümidvar olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 14 May 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















