Icma.az
close
up
RU
Bakı Xudat avtobusu yolda qaldı: Sərnişinlərə yeni nəqliyyat vasitəsi verildi

Bakı Xudat avtobusu yolda qaldı: Sərnişinlərə yeni nəqliyyat vasitəsi verildi

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bakıdan Xudat istiqamətində hərəkət edən sərnişin avtobusu yolda qalıb.

Oxu.Az-a daxil olan şikayətdə sərnişinlər bildirirlər ki, avtobusda texniki nasazlıq yaranıb və bir müddətdir ki, kömək gözləyirlər. Onların sözlərinə görə, hadisə nəticəsində yolda qalan insanlara heç bir alternativ nəqliyyat vasitəsi təqdim olunmayıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında bu gün Bakı-Xudat reysi ilə hərəkət edən 27-TA-080 dövlət qeydiyyat nişanlı avtobusun elektron sistemində yaranan texniki nasazlıq səbəbindən nəqliyyat vasitəsinin Siyəzən rayonu ərazisində yolda qaldığını təsdiqləyib.

O bildirib ki, daşıyıcıya dərhal məlumat verilib:

"Reysin istismarçısı "Uğurlu yol" MMC xəttə ehtiyat nəqliyyat vasitəsi çıxararaq sərnişinlərin daşınmasını təmin edib".

Qurum rəsmisi vurğulayıb ki, hər bir avtobus reysqabağı texniki yoxlamadan keçirilir:

"Texniki baxış zamanı isə sonradan elektron sistemdə yaranan xətanı aşkarlamaq mümkün deyil".

"Nazirlər Kabinetinin qərarına əsasən, AYNA tərəfindən keçirilən müsabiqələrdə şərtlərdən biri də daşıyıcılar tərəfindən əsas avtobuslarla yanaşı ehtiyat nəqliyyat vasitələrinin təqdim olunmasıdır. Bu kimi texniki problemlər yaranan zaman qısa vaxt ərzində bu ehtiyat nəqliyyat vasitələri sərnişinlərin təhlükəsiz və rahat mənzil başına çatmalarını təmin edir", - deyə T.Orucov qeyd edib.

Aləmdə Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 İyun 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri