Sürücü sərnişinlərə əsəbiləşib avtobusu dayandırdı; düşüb siqaret çəkdi VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin Bursa şəhərində sərnişin avtobusunda maraqlı hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, şəhərdaxili marşrut üzrə hərəkətdə olan avtobusun sürücüsü sərnişinlərlə mübahisəyə girib.
Gərginlik artdıqdan sonra sürücü avtobusu marşrut xəttində yerləşən dayanacaqda saxlayaraq mühərriki söndürüb. Daha sonra avtobusdan enərək sərnişinlərə məhəl qoymadan siqaret yandırıb.
Hadisə zamanı avtobusda olan sərnişinlərdən bəziləri işə tələsdiyini bildirərək vəziyyətə etiraz ediblər. Onlardan biri sürücüyə davranışının qəbuledilməz olduğunu deyib.
Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra sürücünün hərəkəti sərt tənqid olunub. İstifadəçilər belə halların ictimai nəqliyyatda sərnişinlərin təhlükəsizliyinə və rahatlığına ciddi təsir göstərdiyini qeyd ediblər.
Hadisənin baş vermə səbəbləri ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 01 Oktyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















