Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Bakı yaşıl enerjisi ilə dünyada söz sahibi olacaq MÜSAHİBƏ

Bakı yaşıl enerjisi ilə dünyada söz sahibi olacaq MÜSAHİBƏ

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir. COP29-a evsahibliyi edən Azərbaycana dünyanın təxminən 190-dan çox ölkəsindən 75 mindən çox nümayəndə gəlib. Liderlərlə yanaşı, dünyanın dörd bir yanından elm adamları da iqlim problemlərinə diqqət çəkmək, yaşıl dünya üçün bir araya gəliblər.

COP29 çərçivəsində keçirilən maliyyə, investisiya və ticarət mövzusundakı panel görüşündə iştirak edən Türkiyənin "VATENERJİ" şirkətinin rəhbəri, MÜSİAD İdarə Heyətinin üzvü, enerji səmərəliliyi üzrə mütəxəssis Murat Altuğ Karataş Modern.az-a müsahibə verib. 


- Altuğ bəy, enerjiyə qənaət baxımından lider olan ölkələr hansılardır və bu uğura səbəb nədir?


- Enerji səmərəliyi və enerjiyə qənaət baxımından lider və ən çox əmək sərf edən ölkələr Avropa Birliyinə daxil olan ölkələrdir. Onlar enerjinin yenidən emalı sahəsində də konkret həll yolları axtaran və yeni layihələr üzərində çalışırlar. Çünki Avropa Birliyi ölkələrinin öz enerji qaynaqları yoxdur və enerjini kənardan təmin edirlər. Daha əvvəl Rusiya, müharibədən sonra isə ABŞ-dən çox bahalı qiymətə qaz, neft alaraq əskik olan enerjini bərpa etməyə çalışırdılar. Burada da bir məsəl ortaya çıxır, siz əgər enerjiyə daha çox pul ödəyirsinizsə, o zaman israf etdiyiniz enerjini geri qazanmalısınız. Türkiyə isə enerjisinin 70 faizini idxal edir, həmçinin Azərbaycan da enerji idxalcısıdır, amma bu enerjisini idxal edən ölkələrin enerji səmərəliyi və enerjiyə qənaət etməməli olduğu mənasına gəlmir. Əgər enerjini israf edərək istifadə edəriksə, xarici ölkələrə satacağımız ən yaxşı məhsulu da israf etmiş oluruq. Ona görə Azərbaycan da xaricə satdığı məhsulunu dəyərindən daha bahalı satmaq üçün öz ölkəsində istifdə etdiyi enerjini minumuma endirməli, yəni qəanət etməlidir. Onu da qeyd edim ki, Türkiyədə son 7-8 ildə enerjiyə qənaət sahəsində ciddi işlər görülür. Mən də öz şirkətim vasitəsi ilə rəsmi olaraq Azərbaycanın Energetika Nazirliyi ilə bir enerji səmərəliliyi üzərində çalışırıq. Gələcəkdə bu sahədə Azərbaycada da qanunvericilik səviyyəsində ciddi addımlar atılacağını düşünürəm.

- Avropa Birliyi ölkələrinin bu sahədə daha çox inkişaf etdiyini dediniz, bəs onlar az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri dəstəkləyirmi?


 - Dünya eko sisteminə ən çox zərər verən ölkələr ABŞ və Çindir. Bu səbəbdən bu iki ölkə Paris iqlim sazişini imzalamaqdan boyun qaçırırdılar. Dünyada toplam havaya buraxılan zərərli emissiyaların 40 faizi sadəcə bu iki ölkənin üzərinə düşür. Avropa Birliyi isə bu zərərin qarşısının alınmaq istiqamətində ehtiyat tədbirləri görən ilk təşkilatdır. Amma COP29 zirvəsinə qədər inkişaf etmiş ölkələrin, yəni havanı daha çox çirkləndirənlərin, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi yetərsiz qalmışdı. Bu zirvədə isə BMT-nin baş katibi Antoni Qutereş hər il az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə 100 milyard dollar kimi açıqlanan məbləğin çox daha yüksək səviyyəyə gətirilməsinin lazımlığını bildirdi. Ekologiyaya daha çox zərər verən ölkələrin digər ölkələrə yardım etmədikləri təqdirdə iqlim bütün dünyaya ciddi zərər verəcək. Bunun üçün A.Qutereş COP29 zirvəsində zərərin inkişaf etmiş ölkələrin qarşılamalı olduğunu və daha çox maliyyə dəstəyi göstərməli olduqları barədə xəbərdarlıq etdi. İnkişaf etmiş ölkələrin bu maliyyə dəstəyini göstərməyəcəkləri təqdirdə önümüzdəki illərdə dünyanın bütün ölkələri iqlim dəyişikliyi və ekoloji problemlərdən çox ciddi şəkildə təsirlənəcəklər və birliyə üzv ölkələrin bu öhdəliyi də üzərlərinə götürəcəyini düşünürəm.

- Qlobal əməkdaşlıq enerjiyə qənaət üzrə beynəlxalq hədəflərə çatmaq üçün kifayət edirmi? Bu sahədə COP29 tədbirini necə qiymətləndirirsiniz?


- Normalda bir araya gələ bilməyəcək ölkələr COP sayəsində bir araya gəldilər. Mən hər zaman məsləhətləşmənin faydalı olduğunu və bu sayədə yarar əldə edəcəyimizi düşünürəm. İnsanların, dövlət liderlərinin bir yerə toplanaraq qlobal ekoloji problemləri müzakirə etməsi çox önəmlidir. COP tədbirlərində iştirak edən ölkələrin məcburi qəbul edəcəyi qanun layihələri olmasa belə, burada aparılan müzakirələr ortaq yol yaradır. Bakıda keçirilən COP29-da çox önəmli qərarların alınacağını və bu qərarların önümüzdəki illərdə həyata keçiriləcəyini düşünürəm. Konfrans sayəsində  az inkişaf etmiş və  inkişaf etməkdə olan ölkələrə ciddi iqtsadi yatırımlar ediləcək. İqlim dəyişikliyi ilə bağlı zərər verilən fəaliyyətlərin qarşısını almaq üçün də ölkələr arasında bu cür bilgi paylaşımı çox önəmlidir. Bu baxımdan, Azərbaycanın COP29 tədbirinə evsahibliyi etməsi ölkənin gələcəkdə yeni ticari eko sisteminin mərkəzində yer alacağının göstəricisidir. Bu baxımdan Azərbaycanın COP29 zirvəsindən sonra dövlət siyasəti səviyyəsində ciddi qərarlar alacağı və eko sistem içərisində özünə sağlam yer tutacağına əminəm.


- Enerji səmərəliliyi və enerjiyə qənaət sahəsində Azərbaycanın ən böyük əskikliyi nədir?


- İsraf olunan enerjinin fərqində deyilik. Bizim cibimiz deşikdir. Cib deşik olduqda ora bir ovuc dəmir pul qoysan ilk günlərdə əskikliyi hiss etməyə bilərik, amma pul gedir. Gedən 3 pulun əvəzinə 7 pul qoysan da, israf etmiş olursan. Türkiyədə 2008-ci ildə enerji səmərəliliyi haqqında qanun çıxardıq. O tarixdən indiyə qədər bu sahədə insanlar arasında fərqindəlik və məlumatlılığı artırmağa çalışırıq. Mənim bu mövzuda bir düsturum da var: 
1. Fərq et
2. Hiss et  
3. Tələb et
4. Qənaət et.
İlk növbədə evdə Ayşə xaladan tutmuş, sənayə təşkilatlarına, dövlətə qədər enerji səmərəliliyinin önəmini anlayacağıq. İkinci israf etdyimizi hiss edəcəyik, hiss etdikdən sonra ehtiyat tədbirləri görməyə başlayacağıq. Beləliklə, enerji səmərəliliyi və enerjiyə qənaət sahəsində fərdi və dövlət səviyyəsində hansı işləri görə bilərik deyə düşünəcəyik. Həmçinin bunu digər insanlardan, dövlətlərdən də tələb edəcəyik. Buradan da yola çıxaraq ən sonda qənaət etmək imkanına sahib olacağıq. Göründüyü kimi işin başında fərqindəlik var. 
 

- Evlərimizdə enerjiyə qənaət etmək üçün fərdi olaraq hansı tədbirləri görə bilərik və bu, dövlətin enerji səmərəliliyi siyasətinə təsir edə bilərmi?


- Qənaətə ilk növbədə evimizdən başlamalıyıq. Evimizdə elektron əşyalardan istifadədə daha diqqətli olmalıyıq. Bunun fərqinə vardıqdan sonra qabyuyan, paltaryuyan maşınlarımızı tam dolduraraq ekonomik proqramda işə salacağıq. Su açıqkən qab yumayacağıq, televizor və bu kimi digər elektronik əşyalarımızdan istifadə etmədiyimiz zaman kabeli elektirik yuvasından tamamilə çıxaracağıq. Qışda pəncərə kənarlarını tamamilə bağlanır şəkildə düzəldəcəyik ki, evin istiliyi boşu-boşuna azalmasın və bu səbəbdən əlavə enerjidən istifadə etməyək. Maşınlarımızı daha az sürətlə istifadə etməliyik. Belə etdiyimiz zaman şirkətlər də tullantıların yenidən emalına can atacaq. İstifadə etdiyimiz plastik, şüşə qablaşdırmaları məktəblərdən iş yerlərinə qədər toplayacağıq. Beləliklə, enerjimiz də bizə qənaət olaraq qalacaq, tullantıların da bir sərvət olduğunu, bunun bir xammal olduğunu görəcəyik. Beləliklə, özümüzə qalan enerjini hətta daha baha qiymətə idxal edə biləcəyik.
 

- Bərpa olunan enerji mənbələrinin enerji səmərəliliyinə təsiri necə ola bilər?


- Bərpa olunan enerji mənbələri Allahın insanlara verdiyi bir nemətidir. Dünyadakı hər şeyin səbəbi Günəşdir. Küləyin yaranmasından tutmuş, iqlim dəyişikliyinə qədər hər şeyin təməli odur. Bu səbəbdən Günəşdən istifadə edərək yenilənəbilən digər mənbələrdən də enerji istehsal edə bilərik. Bura axar sular, külək aiddir.  Azərbaycan bu baxımdan çox böyük potensiala sahibdir. Azərbaycanda küləyi elektirikə çevirə bildiyimiz an kənd təsərrüfatı məhsullarından əldə edilən tullantıları belə bioqaz, bioyanacaq çevirə bilmə imkanı əldə etmiş olacağıq. Beləliklə, bu mənbələri istifadə etdikcə, Azərbaycanın sərvəti olan neft də qorunma altına alınaraq, daha uzun illər bəs edəcək qədər neft fondu yaranacaq. Azərbaycanı yaşıl enerji əldə edə bilmək potesialına sahibdir. Hazırda adı neftlə hallanan Bakı bir gün yaşıl enerjisi ilə dünyada söz sahibi ola biləcək səviyyəyə gələ bilər.

 

- Təbiətlə bərabər insan özü də yenilənə bilən enerjinin bir parçası ola bilərmi?


- Bakı çox gözəl şəhərdir, şəhərdə gəzərkən velospied yollarını gördüm. Şəhər içində velosipeddən, mobil avtomobillərdən istifadə edərək enerjini yenidən istehsal edə bilərik. Hətta yollarda, səkilərdə qurula biləcək bir mexanizimlə insanların hər addımını enerjiyə çevirə biləcək texnologiyalar sınaqdan keçirilir. Küləklər şəhəri Bakının, sakinlərinin addım dalğalarından da enerji yaratmaq şansı və potensialı çox yükəsəkdir. Zaman keçdikcə, insanların özlərinin də bu cür enerji yarada bilməsi səmərəlilik və qənaətlə yanaşı, toplanan enerjinin Şahdəniz ərazisində olan neft və qaz kimi yerli və milli enerji mənbəyinə çevrildiyini görəcəyik. 


 - Enerji səmərəliliyi layihələrinə qoyulan sərmayələr nə qədər vaxtda geri qayıda bilər? 


- Türkiyədə enerji bahalıdır, bu səbəbdən geridönüm burada daha tez baş verir 1-3 il ərzində. Azərbaycanda hazırda elektirik və qaz ucuz olduğu üçün yatırılan sərmayənin geridönmə vaxtı 2 qatına çıxa bilər. Lakin burada dövlət qanunvericilkdə enerji səmərəliliyi layihələrinə yatırımlar edən insanları təşviq etmək üçün vergi, pul güzəştləri edəcəkdir. Bu cür təşviqlər 5 ildə qayıda biləcək yatırımları 2 ilə düşürə bilər. COP zirvəsindən sonra Azərbaycan hökuməti yaşıl enerjiyə keçid, enerjiyə qənaət və səmərəliliyini artıracaq qanun layihələri qəbul edəcəyinə əminəm.


- Enerji səmərəliliyi, enerjiyə qənaət ilə bağlı ictimaiyyətin məlumatlılığını artırmaq və yarana biləcək problemlərin qarşısını almaq üçün nə etmək olar?


-  İlk növbədə yaxşı təhsil. Bağçadan başlayaraq övladlarımıza ekoloji maariflənmə və enerji səmərəliliyi nəticəsində resursların gələcək nəsil üçün qorunmasının önəmi kimi bilgiləri verən təhsil sistemi mütləq olmalıdır. Bundan başqa, dövlət qurumları media ilə davamlı əməkdaşlığa can atmalıdır. Media üzərinə ciddi öhdəlik götürməlidir. Televizyalar, saytlar, radiolar gündəmində davamlı olaraq enerji səmərəliliyinin önəmini, fərdi olaraq ona necə qənaət etməli olduğumuzu göstərən yazılı, viziual, səsli maarifləndirici materiallar təqdim etməlidir. Həmçinin ictimaiyyətdə müəyyən mövqe daşıyan şəxslərin - sənətçilər, idmançıların sosial məsuliyyət layihələri olmalıdır. Cəmiyyətin güvənini daşıyan insanların, o cümlədən gələcək ekoloji tarazlığı qorumağa hesablanmış təhsil sistemi sayəsində bu mövzuda insanlar arasında fərqindəliyi artıra biləcəyi qənaətindəyəm. Bu cür olduğu halda evimizdə Ayşə xala da, Rza əmi də, məktəbdəki övladımız da bu mövzularda bilgi sahibi olacaq. Bu gün məktəbdə oxuyan övladlarımız 10-15 il sonra cəmiyyətin müxtəlif sferalarında söz sahibi, ölkənin gələcəyinə yön vermə gücündə şəxsiyyət olur. Həmin övladlarımızın erkən yaşda bu mövzuya həssasiyəti təbii ki, gələcəkdə ölkə səviyyəsində mövcud problemi həll etməyə kömək olacaq. 


- Enerji səmərəliliyi ilə yanaşı, qlobal problemlərdən biri də su ehtiyalarının azalmasıdır. Su ehtiyatlarının tükəndiyi mesajını insanlara necə çatdıraq ki, ekoloji problemlərə fərqindəlilik daha çox olsun?


- Türkiyədə hansısa məhsulun ucuz olduğunu bildirmək üçün belə bir deyim var: “Su qədər ucuz”. Azərbaycanda da səhv etmirəmsə, “su qiymətinə” deyirlər. Amma ekoloji problemlərin, su qıtlığının qarşısını almaq üçün konkret addımlar atılmasa, dünyada ən bahalı resurs məhz su olacaq. Onda da bahalı məhsullara “su qədər bahadır!” deyəcəyik. Su ehtiyatlarımız sadəcə bu günlər üçün yetərlidir, gələcəkdə nə olacağı qeyri-müəyyən qalır, amma yenə də su ucuzdur. İnsanlar suyu ucuz bilib daha çox israf edirlər, bəlkə də suyun qiyməti indidən artırılmalıdır ki, insanlar onun da dəyərini bilsinlər. Beləliklə evdə, təsərrüfatda su israfına yol verməzlər və bu problemin nə qədər ciddi olduğunun fərqinə vararlar. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Noyabr 2024 02:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri