Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Bakı yollarının velosiped problemi: “Küçələri daraltmaq...”

Bakı yollarının velosiped problemi: “Küçələri daraltmaq...”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bakıda 31 küçə və prospekt üzrə 35 km uzunluğunda velosiped yolları yaradılıb, bu rəqəmin mərhələlərlə təxminən 100 km-ə çatdırılması nəzərdə tutulur".

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib. 

Onun sözlərinə görə, ölkədə mikromobillik sahəsində qanunvericilik təkmilləşdiriib, "kiçik elektrik nəqliyyat vasitəsi" və "kiçik elektrik nəqliyyat vasitəsinin operatoru" anlayışları qanunvericiliyə daxil edilib, bu sahədə nəzarət tədbirləri təkmilləşdirilib: 

"Hazırda Bakıda icarəyə verilən mikromobillik vasitələrinin sayı 476-dır. Bunun 77 %-ni kiçik elektrik nəqliyyat vasitələri (skuter), 18 %-ni velosiped, 5 %-ni elektrik velosipedi təşkil edir. Ötən ilin sentyabr-dekabr aylarında mikromobillik operatorları 850 944 sifariş qəbul edib, 2 244 302 km məsafə qət edilib.

Bundan başqa, ötən il avqustun 24-də velosipedlərin icarəsi üzrə "Apar" xidməti və mobil tətbiqi istifadəyə verilib. Bu xidmət çərçivəsində indiyə qədər 215 800 km məsafə qət edilib".

Qeyd edək ki, son vaxtlar paytaxtın bir sıra küçələrində velosiped zolaqları çəkilib. Ümumiyyətlə, velosipeddən istifadə müsbət amildir. Ancaq velosiped zolaqlarının salınmasına baxmayaraq, hələlik bu nəqliyyat növündən istifadə edənlərin sayı çox azdır.

Eyni zamanda sosial şəbəkələrdə velosiped zolaqlarının onsuzda dar olan paytaxt küçələrinin daha da daralmasına, nəticədə ictimai nəqliyyatın hərəkəti üçün problemlər yaratdığı kimi fikirlər səslənir.

Qeyd edilir ki, bu gün paytaxtın əsas problemləri tıxac, ictimai nəqliyyat problemləridir ki, bunlara daha çox üstünlük verilməlidir. Bir sıra addımlar atılmasına baxmayaraq hələ də vətəndaşlar uzun müddət dayanacaqlarda avtobusları gözləməli, saatlarla tıxacda qalmalı olurlar.

Mövcud şəraitdə velosipeddən istifadəni genişləndirməklə yanaşı ictimai nəqliyyatın problemlərinə üstünlük vermək daha doğru olmazdımı?

Məsələ ilə bağlı memar Cahid Həsənov "Cebheinfo.az"a bildirib ki, onsuzda sıxlığa məruz qalmış Bakıda velosiped zolaqlarının salınması sıxlığı daha da çoxaldıb və narazılığa səbəb olub:

"İndiyədək 35 kilometr velosiped yolları çəkilibsə və 100 km çatmalıdırsa, bu da yaxşı fikirdir. Lakin burada əsas məsələ ondan ibarətdir ki, küçələrdə "bu olmalıdır" deyə xətləri çəkib, yolun daraldılmasına ehtiyac yoxdur. Məhz bizi kimi mütəxəssisləri bu məsələnin müzakirəsinə çağırsalar, fikrimizi bildirərdik. Ancaq problemlər yaradılır, sonra da mütəxəssisdən rəy soruşulur.

Bildirim ki, gündəlik işə gedib-gəlmək üçün velosiped yolu salınır, bu başqadır. Onda xüsusi olaraq bir xətlə yol verirlər. Bir də var ki, əgər velosiped zolaqları ictimai nəqliyyatın, taksilərin, fərdi maşınların hərəkətini məhdudlaşdırırsa, sıxlığa səbəb olursa, o zaman belə zolaqlara ehtiyac yoxdur.

Belə ki, bir küçədə 10 min maşın müəyyən müddətdə keçirsə, heç 10 velosipedli keçmir. Yəni velosipeddən istifadənin sayı nəqliyyatdan istifadə edənin heç 1 faizini də təşkil etmirsə, bu lazım deyil. Bunun üçün üstünlük şəhər parklarına verilməlidir.

Burada iki amildən söhbət gedir. Birincisi, gündəlik nəqliyyat kimi istifadədən, digəri isə ümumiyyətlə velosiped sürülməsi üçün məkan yaradılmasından söhbət gedir.

Bu gün yolun üçdə birini tutub 10 min maşın getdiyi halda 10 velosipedçi gedirsə, bu yolun tıxacını çoxalması, benzinin israf olunması, psixoloji cəhətdən yorğunluğa gətirib çıxarırsa, həmin yerlərdə bu lazım deyil. Əgər məqsəd odursa ki, insanlar işə maşından imtina edib velosipedlə getsinlər, onda bu sıx küçələrdə olmamalıdır.

Məsələn, 28 May küçəsində velosiped zolağına ehtiyac yoxdur. Bayraq Meydanından Bulvarın kənarı ilə yolun sərhəddində, 1-2 metrlik zolaq 10 kilometr “Ağ Şəhər”ə doğru getsin. O axınla gəlib-getsinlər. Onda Bulvarın kənarı ilə olsa, burada gəzənlərə 2 metrlik zolağın heç bir maneçiliyi olmaz. Maşın yolunun kənarında olmasın. Həmin 15-20 kilometrlik velosiped zolağı ilə axın yükünü oraya versinlər və oradan paylayıcılar vermək olar.

Şəhərin mərkəzi küçələri 100-150 il bundan əvvəl salınıb, Bakıya axın çoxdur, yüksəkmərtəbəli binalar inşa olunur və velosipeddən istifadə edənlərin sayı nəqliyyatdan istifadə edənlərin sayının 1 faizini təşkil etmədiyi halda onsuzda mərkəzi dar olan küçələrdə onun 20-30 faizini daraltmaq daha da problemlər yaradır. 

İndi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən velosiped yolların 100 kilometrə çatdırılması hansı küçələr üçün nəzərdə tutulduğunu deyə bilmərəm, yaxşı olardı ki, dediyim amillər nəzərə alınsın".

Sosial strateji tədqiqatlar mərkərinin rəhbəri  İlqar Hüseynli isə bildirib ki, velosiped yollarının olması lazımdır: 

"Bütün inkişaf etmiş şəhərlərdə, həm Avropa, həm postsovet məkanlarındakı paytaxt şəhərlərində artıq bu bir ənənə halını alıb.

Bu başqa məsələdir ki, o yollardan istifadə olunurmu?

Mən nəqliyyat təhlükəsizliyi ilə bağlı ABŞ-də bir təcrübə mübadiləsi keçmişəm. Orada bizim bir günümüz Nəqliyyat Nazirliyinin velosipedlə məşğul olan sektorunda görüş idi. Burada velosiped nəqliyyat növü kimi təşviq olunurdu, məktəblərdə hansı proqramlar icra olursa, onunla tanış olduq. 

Əhali kütləvi şəkildə velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edirdilər. Bunun ekoloji, sağlamlıq tərəfləri var. Ancaq biz onu düzgün təşviq edə bilirikmi? Təbii ki, yox. 

Məsələn, uzun illər öncə sürücülərimiz kəmər taxmırdılar. Zamanla müxtəlif məsələlərlə bağlı indi hamı kəmərdən istifadə edir. İndi gənclərimiz velosipeddən istifadə etməyə başlayıblar. Ancaq bu bizim üçün digər problem yaratmamalıdır.

Bu gün bizdə ictimai nəqliyyatla bağlı, avtobusların ləngiməsi, intervalla bağlı problemlərin yaranması səbəbləri içərisində Bakı şəhərindəki anormal tıxac dayanır. Bu tıxaclar olduğu halda yolun bir hissəsini geniş velosiped zolaqlarına ayırmağımız bizim çətinliyimizi daha da artırır.

Əgər biz müxtəlif, yəni gur saatlarda kiçiktutumlu avtomobil vasitələrini, yaxud da ictimai nəqliyyatın həmin zolaqlara daxil olmasına icazə versək daha yaxşı olar. Məsələn, Belçikada velosiped yolları səkidə quraşdırılıb. Səkidə hərəkət edərkən bir də görürüsən arxadan velosipedin siqnal səsi gəldi. 

Bakının mərkəzində elə küçələr var ki, orada velosiped zolaqlarını səkiyə çıxartmaq mümkün idi. Təəssüflər olsun ki, bu baş verməyib.

Bizim magistral yollardan istifadə olunur. Bu da  sərnişin nəqliyyatını, eləcə də fərdi maşınları dar zolaqlara daxil olmağa məcbur edir. 

Yəni bu baxımdan gur saatlarda digər nəqliyyatların istifadəsinə imkan yaratmaq lazımdır. Nə qədər ki, tıxacları aradan qaldırmamışıq, ölkədə metronun genişləndirilməsi, tramvay xətləri, metrobusların tətbiqi kimi məsələlər olmadıqca, vətəndaş daha çox ictimai nəqliyyata istiqamət almayınca biz bu problemləri yaşayacağıq. 

İndi yaxşı haldır ki, 100 ədəd elektrobuslar almışıq. Ancaq bununla yanaşı bu gün tıxac problemi var ki, Bakı şəhərində həlli mümkün görünmür".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Yanvar 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri