Icma.az
close
up
RU
Bakı Zəngəzura görə dost ölkəni itirir? Dərin dövlət məktubunun pərdəarxası

Bakı Zəngəzura görə dost ölkəni itirir? Dərin dövlət məktubunun pərdəarxası

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə Cənubi Qafqazda dəyişən geosiyasi mənzərə Gürcüstanın regional və beynəlxalq gündəmdəki mövqeyini nəzərəçarpacaq dərəcədə zəiflədib. Ənənəvi olaraq Qərblə, xüsusilə ABŞAvropa İttifaqı ilə sıx münasibətləri ilə tanınan bu ölkə hazırda həm regional proseslərdən, həm də beynəlxalq güclərin prioritetlərindən kənarda qalır.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ABŞ lideri Donald Trampa yazdığı məktubda qeyd etdiyi narahatlıq və çağırışlar da bu vəziyyətin açıq təzahürüdür. O, məktubda “dərin dövlət”i Gürcüstanı müharibəyə sürükləməkdə, Qərblə münasibətlərini pozmağa çalışmaqda suçlayıb. Kavelaşvili Trampın son aylar Gürcüstanın qonşuları ilə sıx əlaqələr qurduğunu, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına uğurlu töhfə verdiyini, lakin Gürcüstan barədə heç nə demədiyini vurğulayır.

Gürcüstanın qlobal güclər üçün əhəmiyyəti azalıbmı? Beynəlxalq birliyin Zəngəzur dəhlizi ilə bağlı son illər artan marağı Tbilisini arxa plana atıb?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Gürcüstanın hazırkı vəziyyəti və Qərblə münasibətlərindəki durğunluq bilavasitə hakimiyyətin öz seçiminin nəticəsidir:

“Bu ölkənin Konstitusiyasında Avro-Atlantik məkana inteqrasiya açıq şəkildə qeyd edilib. Təxminən iki onillik ərzində Gürcüstan bu istiqamətdə ciddi institusional addımlar atıb. İndi isə geri çəkilmə müşahidə edilir. Belə olan halda Qərb tərəfindən diqqətin azalması, əslində, cavab reaksiyası kimi dəyərləndirilə bilər.

Həmçinin oxuyun:

Kritik 10 gün – Qərb seçkidən sonra inqilab ssenarisini işə sala bilər

Fərhad Məmmədov

Lakin hazırda regionun geosiyasi və geoiqtisadi məzmunu Azərbaycan və Gürcüstanın həyata keçirdiyi strateji tərəfdaşlıqdan irəli gəlir. Bu şəraitdə Gürcüstanı tamamilə arxa plana atmaq mümkün deyil.

O ki qaldı Zəngəzur dəhlizinin açılmasının Gürcüstanın mövqeyinə təsir etməsinə, bunun real olacağını düşünmürəm. Xüsusilə də ABŞ-ın nəzarət etməyə maraqlı olduğu bir dəhlizdə Gürcüstanın kənarda qalması inandırıcı deyil”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri