Icma.az
close
up
RU
Bakıda 25 mərtəbəli binada lift “özəlləşdirildi”: 2 3 nəfər evinə çıxa bilir VİDEO

Bakıda 25 mərtəbəli binada lift “özəlləşdirildi”: 2 3 nəfər evinə çıxa bilir VİDEO

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bakıda Xətai metrosu yaxınlığında yerləşən “İnter MMC” tikinti şirkətinə məxsus binada liftin şirkət rəhbərliyi tərəfindən “özəlləşdirilərək” yalnız bəzi sakinlərin istifadəsinə verildiyi, etiraz edənlərin isə işıqların söndürüləcəyi ilə hədələndiyi iddia olunur.

Bakupost.az xəbər verir ki, bu iddia ilə bağlı sözügedən binanın sakini Ayxan Süleymanov sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, binada sakinlərin istifadəsinə verilən üç liftdən ikisi yararsız vəziyyətdədir və tez-tez sıradan çıxır. İşlək vəziyyətdə olan üçüncü lift isə yalnız müəyyən mərtəbələrə qalxır:

“Şəxsən bir neçə dəfə həmin liftdə ilişib qalmışam. Ən maraqlısı isə yük liftinin olmamasıdır. Onun əvəzinə sağdakı lift tikinti rəhbəri tərəfindən “özəlləşdirilib” və yalnız 2-4 və 21, 24, 25-ci mərtəbələrə qalxır. Bu, görünməmiş bir haqsızlıqdır".

A.Süleymanov həmçinin binada sanitar və texniki problemlərin olduğunu da qeyd edib. Onun sözlərinə görə, sakinlər şikayət etdikdə isə işıqların söndürülməsi ilə hədələnirlər:

“Bu binanın 1 kvadrat metri təxminən 3500–4000 AZN-dən başlayır. Lakin giriş hissəsi zibilxanaya çevrilib, tullantılar ətrafa yayılır və Xocalı heykəlinə gedən küçə ilə birləşir. Giriş qapısı ucuz materialdandır, tez-tez sıradan çıxır və ya yüksək səslə bağlanır. Parkinqin vəziyyəti də pisdir, artıq kif qoxusu gəlir. Giriş üçün nəzərdə tutulan plastik açarın hər biri 10 manata satılır. Ümid edirəm qonşular da bu deyilənləri təsdiqləyəcəklər. Hesab edirəm ki, bina rəhbərliyi binanın idarə olunmasına tam nəzarəti itirib. Narazılıq bildirildikdə isə sakinlər barədə şayiələr yayılır”.

Digər sakinlər də sosial şəbəkə paylaşımında problemləri təsdiqləyərək liftlərin tez-tez sıradan çıxdığını və istifadədə ciddi çətinliklər olduğunu bildiriblər.


Lalə Novruz,

BakuPost





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 İyun 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri