Icma.az
close
up
RU
Liderlər sosial şəbəkələrdə necə siyasət aparır?

Liderlər sosial şəbəkələrdə necə siyasət aparır?

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir dövrdə siyasət artıq təkcə rəsmi kabinetlərdə, diplomatik masalar arxasında deyil, həm də milyonlarla insanın gündəlik izlədiyi ekranlarda, sosial şəbəkələrdə baş verir. Ənənəvi medianın sərhədlərini aşan dünya liderləri birbaşa seçici auditoriyası yaratmaq və qlobal gündəmə operativ reaksiya vermək üçün rəqəmsal platformalardan əsas siyasi alət kimi istifadə edirlər. Məsələn, ABŞ-da Donald Trampın X və "Truth Social" vasitəsilə həyata keçirdiyi birbaşa ünsiyyət tərzi, Fransada Emmanuel Makronun video mesajları, Hindistanda Narendra Modinin geniş rəqəmsal diplomatiyası və ya Ermənistanda Nikol Paşinyanın xalqla birbaşa əlaqə qurmaq üçün sosial şəbəkələrdən xüsusilə canlı yayımlardan intensiv istifadəsi sübut edir ki, bu gün siyasi təsir gücü ekran arxasındadır.

Donald Trampın istər İnstagram, istərsə də X hesabındakı paylaşımları böyük maraq doğurur.

Narenda Modinin metrodan istifadəsi, vətəndaşlarla səmimi fotosu da böyük maraq toplamışdır.

Son vaxtlarda paylaşımları ilə maraq toplayan prezidentlərdən də biri Emmanuel Makron olmuşdu. Onun getdiyi yerlərdən paylaşdığı səmimi videolar sosial şəbəkələrdə qısa müddətdə böyük bəyənmə və paylaşım qazanır. Cənubi Koreya musiqi qrupu BTS-in konsertinə həyat yoldaşı ilə qatılması, getdiyi tədbirlərdə ön kamerayla çəkilən səmimi videoları  sosial mediada maraq doğurub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsus sosial şəbəkələr də fəaliyyət göstərir. İlham Əliyevin rəsmi sosial media hesabları ölkə daxilində və beynəlxalq müstəvidə həyata keçirilən dövlət əhəmiyyətli tədbirləri, rəsmi səfərləri, qlobal sammitləri, eləcə də milli bayram və əlamətdar tarixləri operativ şəkildə işıqlandırır. X, İnstagram, Youtube, Facebook hesabları vasitəsi ilə həm ölkədaxili islahatlar, sosial-iqtisadi layihələr, həm də ölkənin xarici siyasəti və beynəlxalq tədbirlərdəki iştirakı mütəmadi olaraq ictimaiyyətə çatdırılır.
Azərbaycanda Milli Məclisin deputatları da aktiv şəkildə sosial mediadan istifadə edirlər.

Mövzuyla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Modern.az-a açıqlama verib. Onun sözlərinə görə hər bir siyasətçi, ictimaiyyəti maraqlandıran şəxs sosial mediadan aktiv istifadə etməlidir.
"Əvvəllər hər bir məsələ ətrafında ədəbi, bədii və ya bədii təfəkkür sahibləri, maarifçilər, daha geniş ziyalılar qəzetlərdə çıxış edirdilər və orada mövqe tutaraq xalqla ünsiyyətdə olurdular. Sovet illərində əmək cəbhəsində aparılan fəaliyyətlər, beşillik planlar, ikinci Dünya müharibəsi, cəbhə xəbərləri, məlumatları, repressiyalar, tez-tez dəyişən qərarlar və xüsusilə də hakimiyyət sistemində baş verən dəyişikliklər məhz qəzetlər vasitəsilə təyin olunurdu".
Deputat qeyd edir ki, artıq mediadan tək hakimiyyət yox,ictimai rəy liderləri, influencerlər, bloggerlər, siyasətçilər də istifadə edir.
"Bütün bunlar özü ilə birlikdə təhlükədə gətirir. Ələlxüsus klikbeyitlər və botlar burada bir şəbəkə halında qruplar vasitəsilə müxtəlif fərqli kontentləri dövriyəyə çıxarır, sonra onu şahmat üsulu ilə bir neçə  fərqli platformalarda, yəni Youtube-da, Telegram kanallarında, internet televiziyalarında, həmçinin TikTok-da və sair də yayırlar və beləliklə ona həqiqət statusu qazandırırlar, legitimləşdirirlər. Elə bu mövzuyla bağlı prezident İlham Əliyev çox gözəl vurğulayıb ki, Azərbaycanın ideoloji, informativ, siyasi məkanı yad təsirlərdən, hücumlardan qorunmalıdır, çünki burada sərhəd yoxdur".

Zahid Oruc qeyd edib ki, o və onun həmkarları "Facebook" üzərindən əksər hallarda gündəlik rejimdə çalışmalarını, görüşlərini, baxışlarını, bir sıra hallarda məqalələrini paylaşırlar.
"Bunun yaxşı tərəflərindən biri odur ki, sosial mediada paylaşılanlar bir növ arxivə gedir. Artıq həmin platformalar hard diskə çevrilib.
Mən hesab edirəm ki, siyasət adamlarının da fəaliyyətlərinin bu istiqamətdə daha güclü qurulması həm cəmiyyət qarşısında bir hesabatlılıqdır,həm də yeni nümunələrin yaradılmasıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri