Icma.az
close
up
RU
Bakıda apteklər şəbəkəsinin müdiri xanım işçini döymüşdü, bu dəfə özü döyülüb ŞOK TƏFƏRRÜAT

Bakıda apteklər şəbəkəsinin müdiri xanım işçini döymüşdü, bu dəfə özü döyülüb ŞOK TƏFƏRRÜAT

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda Aysel Kərimova adlı xanım işçinin aptekdə vəhşicəsinə döyülməsi barədə xəbər vermişdik. Onu döyən şəxs aptekin müdiri Elnur Cabbarov idi.

E. Cabbarov Bakıda fəaliyyət göstərən "Depo Apteklər" şəbəkəsinin müdiridir.

Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, müdirin işçisini döyməsinin səbəbi pişik bənzətməsi olmuşdu.

Belə ki, Aysel adlı xanım aptekin başqa bir işçisi ilə yazışarkən ona pişiklə olan şəklini göstərib. Söhbət zamanı Aysel adlı xanım Elnuru pişiyə bənzədib. Bu yazışmadan Elnur xəbər tutub və Ayseldən üzr videosu çəkməsini istəyib. Aysel bununla razılaşmadığı üçün aptekdə onu döyüb. Bu görüntülər sosial şəbəkələrdə geniş müzakirə mövzusu olmuşdu.

Həmin görüntüləri isə Ayselə aptekdə çalışan xanım iş yoldaşı göndəribmiş. Elnur Cabbarov bundan sonra həmin videonu göndərən xanım işçi ilə mübahisə etməyə başlayıb. Bu məsələyə həmin xanımın həyat yoldaşı qoşulub.

Həmin xanımın həyat yoldaşı Zamin K. aptekin sahibi Elnur Cabbarovla görüşüb və məsələyə aydınlıq gətirmək istəyib. Onlar buna görə bir neçə dəfə görüşüblər. Sonuncu dəfə Elnur Zaminin xanımının şəxsi həyatı ilə bağlı bəzi məsələlərə toxunub və buna görə mübahisə böyüyüb. Zamin maşında Elnuru döyərək ona xəsarətlər yetirib.

Zaminə qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və xuliqanlıq madələri ilə ittiham irəli sürülüb.

Məhkəmə istintaqı zamanı Zaminin xuliqanlıqda təqsirli bilinməsi sübuta yetirilməyib. Zamin qəsdən sağlamlığa az ağır zərər vurmaqda ittiham olunaraq cəzalandırılıb.

Onun barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. İstintaq dövründə ev dustaqlığında olması nəzərə alınaraq üzərində qəti olaraq 1 il 8 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Zamin bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://pravda.az
archiveBu xəbər 27 Aprel 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Papa bu gün dəfn olunacaq

26 Aprel 2025 08:51see236

Əqrəb mövsümü bu hadisənin əsasında çəkilibmiş FOTO

27 Aprel 2025 04:00see186

Mançester Yunayted in sabiq futbolçusu MMA da çıxış edəcək debüt matçı

26 Aprel 2025 01:02see160

Tarkan sükutunu pozdu

26 Aprel 2025 05:00see145

BVF: Bu, qlobal iqtisadi artıma təhlükə yaradır!

26 Aprel 2025 01:11see137

Peruda beş min illik məzar tapılıb

26 Aprel 2025 04:38see136

Öz oğluna bıçaqla hücum edən qadın uşaq psixoloqu imiş...

26 Aprel 2025 14:30see136

Bakıda əvvəllər qəza törədən avtobus sürücüsü indi də piyadanı DÖYDÜ

26 Aprel 2025 02:13see135

Gədəbəy, Ağstafa və Tovuzda Uşaq İncəsənət Festivalı 2025 üçün seçim turu keçirilib FOTOLAR

26 Aprel 2025 13:00see135

Generalın ölümündə Ukraynanın əli ola bilər Zaxarova

26 Aprel 2025 00:59see134

HƏMAS bəzi şərtlər çərçivəsində məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb

27 Aprel 2025 05:03see133

“Trabzonspor”un finaldakı rəqibi müəyyənləşdi

26 Aprel 2025 01:25see130

İstanbulla bağlı DƏHŞƏTLİ PROQNOZ Elə güclü ZƏLZƏLƏ olacaq ki...

26 Aprel 2025 21:57see129

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

26 Aprel 2025 19:44see126

Ofis işçilərinin nəzərinə Gün ərzində bu qədər addım atmasanız...

26 Aprel 2025 05:06see125

“El Klasiko”dan qalib ayrılan “Barselona” kuboka sahib çıxdı

27 Aprel 2025 03:43see124

Hər gün 1 alma almasız qalma

26 Aprel 2025 11:34see123

İqlimin tənzimlənməsinin başlıca mexanizmlərindən biri sıradan çıxıb TƏHLÜKƏ

27 Aprel 2025 03:33see121

Azərbaycanda Qadın XƏYANƏTİ + VİDEO

27 Aprel 2025 04:42see118

Bakıda nəqliyyat sıxlığının azaldılması üçün tədbirlər görüləcək

26 Aprel 2025 23:35see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri