Icma.az
close
up
RU
Bakıda ardıcıl yanğınlar: Ehtiyatsızlıq, yoxsa məsuliyyətsizlik?

Bakıda ardıcıl yanğınlar: Ehtiyatsızlıq, yoxsa məsuliyyətsizlik?

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər paytaxtın müxtəlif bölgələrində baş verən yanğınlar cəmiyyətin diqqətini yenidən təhlükəsizlik və fövqəladə hallar məsələlərinə yönəldib. Xüsusilə Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğının baş verdiyi çoxmərtəbəli yaşayış binasında üç nəfərin ölümü və iyirmiyə yaxın sakinin xəsarət alması ciddi narahatlıq doğurur. 

Bu hadisələr təkcə yaşayış binalarında deyil, ictimai iaşə obyektlərində də baş verir. Elə bu gün səhər saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsindəki obyektdə partlayış baş verməsi nəticəsində 7 nəfər xəsarət alıb. 

Bəs baş verən yanğınların səbəbi nədir? 

Mövzu ilə bağlı Ölkə.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev bildirib ki, son günlər baş verən yanğınlar və partlayışlar hamımızı dərin şəkildə sarsıdır.

Onun sözlərinə görə, bu cür hadisələr təkcə maddi ziyanla deyil, insanların həyatına, sağlamlığına, ailələrinə çox ağır təsir göstərir:

"Bu cür hadisələrin baş verməsində çox vaxt bir neçə amil rol oynayır. Bəzən bir anlıq ehtiyatsızlıq, diqqətsizlik, bəzən də sadəcə gündəlik tələskənlik. Insanlar çox zaman təhlükələrin saniyələr içində böyüyə biləcəyini təsəvvür etmirlər. Qaz cihazını nəzarətsiz buraxmaq, elektrik avadanlıqlarını düzgün istifadə etməmək, yanğın detektorlarının əhəmiyyətini nəzərə almamaq kimi xırda görünən detallar bəzən üst-üstə yığılaraq ağır nəticələrə səbab olur. Eyni zamanda unutmamaq lazımdır ki, hər bir bina, hər bir məhəllə, hər bir evin öz texniki tarixçəsi var. Mühəndis sistemlərinin köhnəlməsi, profillik baxımın vaxtında aparılmaması kimi amillər də riskləri artırır.

Yəni hadisələr çox zaman sadəcə bir insanın səhvi deyil, bir neçə amilin birləşməsi nəticəsində baş verir. Bu cür hadisələr bizə bir daha onu göstərir ki, təhlükəsizlik yalnız qaydalarla deyil, həyat tərzində öz əksini tapıb formalaşmalıdır. Hər birimizin də bu formalaşmada müəyyən məsuliyyəti var. Öz evimizi, ailəmizi, qonşularımızı qorumaq üçün ən kiçik ehtiyat tədbirlərini belə ciddi qəbul edərək görməliyik. Çünki bu tədbirlər həyati əhəmiyyət daşıyır. Elə buna görə də maarifləndirmə işləri geniş miqyasda, fasiləsiz aparılmalıdır. Təbii ki, hamımızın istəyi ondan ibarətdir ki, bu cür hadisələr bir daha yaşanmasın. Vətəndaş olaraq hər birimiz daha diqqətli olmalıyıq. Həyatımız üçün təhlükə yaradan xırda detallara belə önəm verib belə faciələrin qarşısını vaxtında almalıyıq ki, bu cür hadisələr baş verməsin".

Həmidə ibrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Noyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri