Bakıda Azparking ərazisi özəlləşdirilib: Nəzarətçilər niyə göz yumur? ŞİKAYƏT FOTO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda parklanma yerinin qanunsuz şəkildə zəbt olunması ilə bağlı oxuculardan biri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın 28 May küçəsindən gedir. Belə ki, Nizami kinoteatrının yanında "Azparking" ərazi dəmir maneələrlə özəlləşdirilib. Gündüz saatlarında dəmir maneələr qıfıllı olduğu üçün digər nəqliyyat vasitələrinin sürücüləri həmin ərazidə parklanma edə bilmirlər. Qeydə alınmış fotodan da aydın şəkildə görünür ki, dəmir maneələrin bir neçəsi açılaraq avtomobillər park edilib. Onlardan biri bağlı olduğu üçün parklanma yeri boş qalıb.
Maraqlısı budur ki, "Azparking" əməkdaşları ərazidə xidmət aparsalar da sözügedən məsələyə göz yumurlar.
Ümid edirik ki, aidiyyəti qurumlar tez bir zamanda ərazini müayinə edəcək və quraşdırılmış maneələr oradan götürüləcək.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 24 Dekabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















