Bakıda bahalı maşınlar yandı FOTOLAR
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sanunçu rayonu, Bakıxanov qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Modern.az xəbər verir ki, FHN-in mətbuat xidmətinin məlumatına görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məişət tullantıları üçün nəzərdə tutulan qutularda baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində məişət tullantıları üçün ayrılmış ərazidə altı ədəd plastik qutu, yaxınlıqda park edilmiş “AUDİ” markalı minik avtomobilinin arxa yük hissəsi, “NİSSAN” və “FORD” markalı minik avtomobillərinin arxa bamperi, “FORD” markalı yük avtomobilinin ön bamperi yanıb.
Avtomobillərin böyük hissəsi və ərazidə park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.
Qeyd edək ki, hadisə "Akkord" tikinti şirkətinə məxsus “Uğur-2” yaşayış kompleksinin həyətində baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 02 İyul 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















