Icma.az
close
up
RU
Bakıda bir anda məhv ola bilən minlərlə obyekt var Onları nə sığorta qoruyur, nə də qurumlar...

Bakıda bir anda məhv ola bilən minlərlə obyekt var Onları nə sığorta qoruyur, nə də qurumlar...

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Dünən səhər saatlarında "Sədərək" ticarət mərkəzində yanğın baş verməsi barədə məlumatlar yayıldıqda, artıq böyük bir faciənin yaşanacağı gözlənilirdi. Son illərdə bu, həmin mərkəzdə xatırladığım yeddinci və ya səkkizinci belə hadisədir. Hər dəfə də FHN-nin böyük qüvvələri yanğının söndürülməsinə cəlb olunub. Lakin buna baxmayaraq, alov sürətlə geniş ərazini əhatə edib və yüzlərlə sahibkara ciddi ziyan dəyib”.

Bu barədə Bakupost.az-a sığorta eksperti Şahin İsmayılov açıqlama verib.

Onun sözlərinə görə, belə hallardan sonra ən çox müzakirə edilən məsələ sahibkarlara dəymiş ziyanın kim tərəfindən qarşılanacağıdır:

“İnkişaf etmiş ölkələrdə bu məsuliyyəti sığorta şirkətləri öz üzərinə götürür və zərər ödənilir. Təəssüf ki, bizdə belə bir praktika mövcud deyil. Bunun səbəbi sahibkarların daşınar əmlakının sığorta təminatında olmamasıdır. Bəs bu vəziyyətə görə kim məsuliyyət daşıyır – obyektin sahibi, icarədar sahibkar, yoxsa sığorta şirkətləri? Məsələ göründüyündən daha mürəkkəbdir. Çünki sahibkar əmlakını sığortalatmaq istəsə belə, buna nail ola bilmir. Sığorta şirkətləri bu tip ticarət obyektlərində daşınar əmlakı qəbul etmir”.

Ekspert bildirib ki, səbəb obyektlərin təhlükəsizlik standartlarına cavab verməməsidir:

“Obyektlər bir-birinə sıx bitişikdir, arakəsmələr tez alışan materiallardan hazırlanıb, elektrik naqilləri kustar üsulla qoşulub, satılan malların əksəriyyəti yanma ehtimalı yüksək məhsullardır. Belə şəraitdə sığorta şirkətləri milyonlarla manatlıq öhdəlik götürməyi riskli sayır”.

Şahin İsmayılovun fikrincə, problemin yeganə həlli bu obyektlərin sökülərək, müasir standartlara uyğun şəkildə yenidən tikilməsidir, lakin bunun yaxın zamanlarda baş verəcəyi real görünmür:

“Nəticədə, yanğınların təkrar baş verəcəyi, sahibkarların isə yenidən ziyana düşəcəyi istisna edilmir. Dövlət artıq bu cür hallarda kompensasiya vermədiyini açıqlayıb. Hazırda problemin real həlli hələ görünmür”.

Bu isə o deməkdir ki, sahibkarlar hər an risk altındadır, onların biznesi hər an alışa və yox ola bilərlər...

Lalə Novruz,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Avqust 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri