Bakıda bu ərazidə beşmərtəbəli bina sökülür Yeni mənzillər veriləcək Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Bakı şəhərində beşmərtəbəli bina sökülür.
Bu barədə sakinlər BAKU.WS-ə müraciət ediblər. Müraciət əsasında söküntü gedən Fətəli xan Xoyski 130 ünvanında Bakı Elektrik Maşınqayırma Zavodunun yataqxanasının yerləşdiyi əraziyə yollandıq.
BAKU.WS-in çəkiliş qrupu əraziyə çatanda söküntü işləri davam edirdi. Bildirildi ki, yataqxananın bir hissəsində əvvəllər məcburi köçkünlər məşkunlaşmışdı.
Bina kəskin qəzalı vəziyyətdə olduğu üçün onları qaçqınların məskunlaşdığı şəhərciyə köçürüblər. Hazırda binadakı evlərin sahibləri ilə razılaşdırılıb. Mülkiyyət sənədi olan şəxslər kirayə mənzillərə köçürülüb.
Qeyd edək ki, binanın yerində yeni və müasir çoxmərtəbəli bina tikiləcək. Həmin binada köhnə binanın sakinlərinə yeni mənzillər veriləcək.
BAKU.WS sökülən binanın görüntülərini təqdim edir:
Ziya SƏCCAD
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 05 Noyabr 2024 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















