Icma.az
close
up
RU
Bakıda bu suala görə adam öldürdülər: hadisənin tək şahidi var CİNAYƏT İŞİ

Bakıda bu suala görə adam öldürdülər: hadisənin tək şahidi var CİNAYƏT İŞİ

Lent az saytına istinadən Icma.az xəbər verir.

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il avqustun 6-da Bakının Xətai rayonunda 1988-ci il təvəllüdlü Dmitriy Potapov bıçaqlanaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilir. Lakin görülən tədbirlərə baxmaayraq, onun həyatını xilas etmək mümkün olmur. Həmin gün şübhəli şəxs qismində əvvəllər məhkum olunmayan 1993-cü il təvəllüdlü Ülvi Muradzadə müəyyən olunaraq saxlanılıb.
Polis və prokurorluq əməkdaşlarının baxış keçirərkən məlum olur ki, hadisə Məzahir Rüstəmov küçəsi, 14 ünvanında fəaliyyət göstərən ticarət köşkünün qarşısında baş verib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, avqustun 6-ı səhər saat 4 radələrində Ülvi Muradzadə Məzahir Rüstəmov küçəsi ,14 ünvanında yerləşən ticarət köşkündən spirtli energetik içki alıb, içərkən ora əvvəllər tanımadığı Dmitriy Potapov yaxınlaşaraq, söhbət etməyə başlayıb. Potapov ona Balaxanı qəsəbəsində yaşadığını deyib, orda yaşayan müxtəlif şəxslərin adlarını çəkərək onları tanıyıb-tanımadığını soruşub. Ülvi Muradzadə adları çəkilən adamları tanımadığını söyləyib, söhbətdən yayınmağa çalışanda, Dmitriy Potapov əsəbiləşərək, nəyə görə sözlərini ciddi qəbul etmədiyini deyib. Ülvini söyərək, qəflətən ona başı ilə və yumruqla üzünə zərbələr vurub. Köşkdə satıcı işləyən Müzəfəddin Musayev onları ayırandan sonra Ülvi Muradzadə işlətdiyi nalayiq ifadələrə görə Dmitriy Potapovdan qisas almaqdan ötrü yaşadığı evə gedərək, mətbəxdən bıçağı götürüb və geri qayıdıb. Saat 5:30-da aralarında yenidən baş vermiş münaqişə zamanı o, Potapovun sol ayağına bıçaqla zərbə endirib.


İş üzrə dindirilmiş Ülvi Muradzadə bildirib ki, Əhmədli qəsəbəsində ata-anası ilə birlikdə yaşayıb, subaydır, fərdi qaydada taksi sürücüsü işləyib. Avqustun 5-də etibarnamə əsasında idarə etdiyi “Saipa” markalı avtomobili yaşadığı binanın yaxınlığında saxlayaraq, yuxarı qalxıb:

“Valideynlərim bacımın evinə getdiyi üçün mənzildə heç kim yox idi. Bir şüşə pivə içdikdən sonra, saat 4 radələrində aşağı düşərək, köşkdən spirtli energetik içki aldım. İçkini içib qurtaran zaman, tanımadığım şəxs köşkə yaxınlaşıb mənə salam verdi. Özünə spirtli energetik içki aldı. Həmin şəxs Balaxanı qəsəbəsində yaşadığını deyərək, müxtəlif adamların adlarını çəkib məndən onları tanıyıb-tanımadığımı soruşdu. Heç kimi tanımadığımı söyləyəndə, Dmitriy Potapov nəyə görə dediklərini ciddiyə almadığımı və onu yola verməyə çalışdığımı soruşdu. Ona mübahisə etməyə ehtiyac olmadığını, hər ikimizin spirtli içkinin təsiri altında olduğumuzu bildirdim. Dmitriy yumruqla üzümə zərbələr vuranda, cavab olaraq onun sinəsinə zərbə vurdum. Dmitriy ağır söyüşlər işlətdiyindən ona dedim ki, heç yerə getməsin və evimə qalxdım. Bıçağı götürüb küçəyə çıxan kimi həmin şəxs məni görərək, üzərimə gəldi. Onun sol ayaq nahiyəsinə bir dəfə zərbə vurdum. Qan axdığını görüb Dmitriyə həkimə getməyi bildirsəm də, o, ciddi zədə almadığını, narahatçılığa ehtiyac olmadığını və israrla mənə ordan uzaqlaşmağımı dedi.

Hadisənin yeganə şahidi köşkdə işləyən və bizi aralamağa çalışan şəxs idi. Bıçağı yaşadığım binanın yaxınlığında, dəqiq xatırlamadığım yerə atdım. Mənzilə qalxdım və əvvəllər yaxın münasibətdə olduğum Ayşən Xəlilovaya zəng edib yaralandığımı, aptekdən bint, pambıq, spirt və yod alıb gətirməsini dedim. Ayşən gələrək, mənə tibbi yardım göstərdi. Bir neçə saatdan sonra gələn polis əməkdaşları Dmitriy Potapovun xəstəxanada öldüyünü bildirdilər. Məni 34-cü Polis Şöbəsinə apardılar”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Samirə Səfərova ifadəsində göstərib ki, Dmitriy Potapov onun əri olub:

“Avqustun 6-da qaynıma zəng edib bildirdilər ki, yoldaşım kiminləsə mübahisə edərkən bıçaqlanıb. Azyaşlı övladımla birlikdə evdə tək olduğumdan, xəstəxanaya Dmitrinin qardaşı getdi”.

Samirə Səfərova Ülvi Muradzadə ilə barışmadığını və ondan şikayətçi olduğunu qeyd edib.
Məhkəmə iclasında Ülvi Muradzadə ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, Dmitriy Potapovu heç vaxt görməyib və onu öldürmək məqsədi olmayıb. Sadəcə istəyib ki, həmin şəxs işlətdiyi söyüşlərə görə ondan üzr istəsin. Sol ayağına vurduğu bıçaq zərbəsindən onun ölə biləcəyini düşünməyib. Təqsirləndirilən şəxsin istintaqda və məhkəmədə verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan, onun prokurorluqdakı ifadələri məhkəmə zamanı elan olunub.


Məhkəmə hesab edib ki, Ülvi Muradzadənin əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsiin 126.3-cü maddəsi ilə düzgün tövsif olunub və məhkəmə istintaqı zamanı tam sübuta yetirilib. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülvi Muradzadə 9 il müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək, Muradzadəyə 10 il cəza təyin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Fevral 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri