Bakıda cərimələnən klinikanin rəhbəri danışdı (Video)
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tibb təhsili olmayan kosmetoloqun apardığı estetik prosedurla bağlı klinika 29 min manat cərimələnib.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Bakıda tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı inzibati tədbirlər görülüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, "Kristal Estetik" klinikasında həyata keçirilən gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulub. Baş prokurorluğa daxil olmuş müraciəti əsasında araşdırma aparılıb.
Məhkəmənin qərarları ilə klinika ali təhsili olmayan kosmetoloqun apardığı estetik əməliyyata görə 29 min manat cərimələnib
Ali tibb təhsilinin olmadığı bildirilən direktor Aytəkin Musayeva isə cərimədən xəbərsiz olduğunu, heç bir estetik əməliyyat icra etmədiyini bildirdi.
İş günün sonunadək gözləsək lisensziyanın sürəti göndərilmədi. Aytəkin Musayeva tibb təhsiliniz varmı sualını isə cavablandırmaqdan imtina etdi.
Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirildi ki, "Kristal Estetik" MMC-nin "Kosmetoloji" iş üzrə ambulator tibbi xidmətlərin göstərilməsi üçün icazəsi var. Qurumdan Aytəkin Musayevanın tibb təhsilinin olub-olmadığı ilə bağlı suala isə cavab verilmədi.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 23 Sentyabr 2026 08:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















