Bakıda daha bir nəhəng hava limanı inşa olunur: Ərazidən GÖRÜNTÜLƏR VİDEO
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ələt qəsəbəsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yeni hava limanının tikintisi davam edir.
Bizim.Media xəbər verir ki, bu hava limanı digər limanlarından fərqlənəcək. Belə ki, burada əsasən yükdaşımalar həyata keçiriləcək.
Yeni hava limanı Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə daşınan yüklərin daha operativ və çevik şəkildə təyinat məntəqələrinə çatdırılmasında mühüm rol oynayacaq.
Hava limanı yüksək dəyərli və sürətli göndərilmə tələb edən yüklərin qısa müddətdə ünvanına çatdırılmasını təmin edəcək.
Bununla yanaşı, o Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən müəssisələrin ixrac imkanlarının genişlənməsinə də töhfə verəcək.
Yeni hava limanı Azərbaycanın regional logistika mərkəzi kimi rəqabət qabiliyyətini artıracaq, həmçinin investorlar üçün əlavə infrastruktur üstünlükləri yaradacaq.
İlk yük hava limanının gələn il istismara verilməsi planlaşdırılır.
Azərbaycan Televiziyasına (AzTV) istinadən yeni hava limanının tikintisindən görüntüləri təqdim edirik:
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 14 İyun 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















