Icma.az
close
up
RU
Bakıda dostların KÜTLƏVİ DAVASI: ekspertlər məhkəməyə çağırıldı

Bakıda dostların KÜTLƏVİ DAVASI: ekspertlər məhkəməyə çağırıldı

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda vətəndaşı döyərək xuliqanlıq etməkdə təqsirləndirilən dostların cinayət işi üzrə məhkəməsi davam etdirilib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Nihad Xəlilovun vəkili Asim Abbasov təkrar və komission məhkəmə ekspertizasının ilə bağlı vəsatət verib. 

Lakin hakim Elnur Nuriyev sözügedən vəsatəti hazırki mərhələsində təmin olunmayaraq, rəy vermiş ekspertlərin məhkəməyə dəvət olunması barədə qərar qəbul edib. 

Prosesdə ifadə verən zərərçəkmiş şəxs Mirəhməd Sadıxov məhkəmə iclası zamanı təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. O, məhkəməyə notarial ərizə təqdim edib. 

Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Nihad Xəlilov ötən ilin avqustun 12-si gecə saat 3-də tanışları Neman Əfkarov, Ramil Dadaşov və Fuad Haqverdiyevlə birlikdə silah qismində istifadə olunan əşyadan istifadə etməklə vətəndaşa qarşı zor tətbiq edərək, xuliqanlıq etmiş və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurublar.

Belə ki, zərərçəkmiş Mirəhməd Sadıxov Ramil Dadaşovla mobil telefonla danışan zaman sonuncunun ünvanına nalayıq ifadələr işlətdiyi üçün Mirəhməd Sadıxovla Şıxovda yerləşən "Dostluq" restoranının yaxınlığında görüş təyin edib.

Yuxarıda adları qeyd edilən dostlar bir qrup şəxs halında birləşib Mirəhmədin Ramil Dadaşovun ünvanına nalayiq ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə edib hadisə yerinə gediblər.

Əvvəlcə Ramil Mirəhməd Sadıxovu ayağı ilə yerə yıxdıqdan sonra o, silah qismində istifadə etdiyi bita ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vuraraq qəsdən sağlamlığa ağır zərər vurub, daha sonra Neman Əfkarov bıçağın arxa hissəsi ilə yerdə uzanıqlı vəziyyətdə olan Mirəhməd Sadıxovun baş nahiyəsinə qəsdən yüngül xəsarət yetirib.

Daha sonra isə Fuad Haqverdiyev Nemanın əlində olan bıçağı alaraq silah qismində istifadə etməklə eyni vəziyyətdə bıçağın arxa hissəsi ilə Mirəhmədin alın nahiyəsindən vurub. Nihad Xəlilov da öz növbəsində silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmişin qəsdən sağlamlığa ağır zərər vurub.

Təqsirləndirilən şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.

Fuad Haqverdiyev və Neman Əfkarova qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq), Ramil Dadaşova 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə), Nihad Xəlilova isə 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) vǝ 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, təqsirləndirilən şəxslərdən Nihad Xəlilov ev dustaqlığı, Ramil Dadaşov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Yanvar 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri