Bakıda dünya rekordu yeniləndi
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun ilk final seansı keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyası (ASF) məlumat yayıb.
Bildirilib ki, federasiyanın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə keçirilən turnirin ilk günü gərgin və maraqlı mübarizəyə səhnə olub.
Yarışda 12 kateqoriya üzrə final mərhələsi baş tutub. Azərbaycan təmsilçilərindən Abdurrəhman Rüstəmov, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Mehri Abdurəhmanlı, Oqtay Hüseynov və Vlastilina Xasyanova həlledici mərhələdə mübarizə aparıblar. İdmançılarımızdan Oqtay Hüseynov 400 metr məsafəyə sərbəst, Anastasiya Boborıkina isə 200 metr məsafəyə brass üsulu ilə yarışda şəxsi göstəricilərini yeniləyiblər.
Günün əsas hadisəsinə avstraliyalı Kemeron Makevoy imza atıb. O, 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 20.22 saniyəlik nəticə göstərərək Dünya Kuboku tarixinin rekordunu qırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 02 Oktyabr 2026 01:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















