Bakıda evinin soyuducusunda 4 kq narkotik gizlədən şəxslər saxlanılıb FOTO
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda evinin soyuducusunda 4 kq narkotik vasitə gizlədən şəxslər saxlanılıb.
APA xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 25 yaşlı Kübra Ağamirzəyeva və 29 yaşlı Natiq Adıgözəlov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onlardan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin götürülüb. K.Ağamirzəyevanın yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqrama yaxın heroin və metamfetamin də aşkarlanıb.
Bu şəxslər ifadələrində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Polisin ölkəboyu narkotik vasitə və psixotrop maddələrə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.
Baxış sayı:53
Bu xəbər 19 Aprel 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















