Icma.az
close
up
RU
Bakıda hansı rayonlardan ev almaq daha sərfəlidir? ŞƏRH

Bakıda hansı rayonlardan ev almaq daha sərfəlidir? ŞƏRH

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Bakıda ev almaq istəyənlər üçün ərazi seçimi həm qiymət, həm də yaşayış rahatlığı baxımından olduqca mühüm məsələdir.

Bu gün şəhərin müxtəlif rayonlarında evlərin qiyməti əraziyə, nəqliyyat imkanlarına və ətrafdakı şəraitə görə dəyişir.

Bəzi rayonlarda daha münasib qiymətə mənzil tapmaq mümkün olduğu halda, digər ərazilərdə qiymətlər daha yüksəkdir.

Bəs Bakının hansı rayonlarından ev almaq daha sərfəlidir? 

Gununsesi.info-ya açıqlamasında əmlak məsəəəri ürə ekspert Fərid Cəfərli mövzunu belə şərh edib:

“Əgər məqsəd uzunmüddətli investisiyadırsa, ilk növbədə şəhərin inkişaf edən və nəqliyyat infrastrukturu güclənən ərazilərinə diqqət yetirmək lazımdır. Burada əsas üstünlük ondan ibarətdir ki, infrastruktur inkişaf etdikcə həmin ərazilərdə həm yaşayış tələbi, həm də daşınmaz əmlakın dəyəri arta bilər.

Məsələn, Nərimanov rayonu lokasiya və infrastruktur baxımından daha stabil bazarlardan biridir. Mərkəzə yaxınlığı, biznes obyektlərinin çoxluğu və nəqliyyat imkanları bu ərazidə həm yaşayış, həm də kirayə tələbinin yüksək qalmasına şərait yaradır. Qiymətlər nisbətən yüksək olsa da, likvidlik baxımından üstün ərazilərdən hesab olunur.

Yasamal rayonu da xüsusilə uzunmüddətli yaşayış və investisiya baxımından diqqət çəkir. Burada yeni tikililərin, təhsil və xidmət obyektlərinin çoxluğu, həmçinin şəhərin müxtəlif hissələrinə çıxış imkanları ərazinin cəlbediciliyini artırır. Lakin Yasamalda konkret binanın yerləşməsi və tikinti keyfiyyəti qiymətə ciddi təsir göstərir.

Daha münasib giriş qiyməti axtaran alıcılar üçün Xətai və Sabunçu rayonlarının müəyyən hissələri, eləcə də şəhərin inkişaf edən kənar zonaları maraqlı ola bilər. Bu ərazilərdə əsas məsələ düzgün lokasiya seçməkdir. Eyni rayon daxilində metroya, əsas yollara və sosial infrastruktura yaxın mənzillə, həmin imkanlardan uzaqda yerləşən mənzilin investisiya perspektivi arasında ciddi fərq ola bilər.

Binəqədi və Suraxanı rayonlarında isə daha münasib qiymətə əmlak tapmaq mümkündür. Bununla belə, burada alıcı yalnız kvadratmetrin qiymətinə fokuslanmamalıdır. Ərazinin nəqliyyat imkanları, kommunal infrastruktur, sənədlərin vəziyyəti, binanın hüquqi statusu və gələcək inkişaf planları mütləq araşdırılmalıdır.

Ümumilikdə, mənzil seçərkən “bu rayon bahadır, bu rayon ucuzdur” yanaşması düzgün deyil. Daha doğru yanaşma qiymət–lokasiya–infrastruktur–tələb–likvidlik balansını qiymətləndirməkdir.

Əgər məqsəd yaşamaqdırsa, gündəlik həyat üçün rahatlıq, məktəb, işə məsafə və nəqliyyat əsas meyarlar olmalıdır. Əgər məqsəd kirayə gəliri əldə etməkdirsə, metroya və biznes mərkəzlərinə yaxınlıq daha böyük əhəmiyyət daşıyır. Kapital artımı hədəflənirsə, isə inkişaf perspektivi olan ərazilər və düzgün seçilmiş yeni tikililər daha maraqlı ola bilər”.

Şəbnəm 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Oktyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see397

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see310

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see308

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see289

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see287

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see278

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see256

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see255

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see253

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see243

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see236

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see235

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see229

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see228

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see223

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see218

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see215

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see211

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri