Icma.az
close
up
RU
Bakıda Nine Senses Fest 2025 festivalının ikinci günündə yüzlərlə iştirakçı bir araya gəlib

Bakıda Nine Senses Fest 2025 festivalının ikinci günündə yüzlərlə iştirakçı bir araya gəlib

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Nine Senses Fest 2025" festivalı ikinci günündə yüzlərlə iştirakçı özünü tanıma, sağlamlıq və mənəvi zənginlik yolunda bir araya gəlib.

Oxu.Az xəbər verir ki, festival ərəfəsində müxtəlif yoqa və meditasiya sessiyaları keçirilib.

Sessiyalara Bharat Thakur, Sudhakar Dass və Lev İvanov kimi dünyamiqyaslı ustalar rəhbərlik ediblər.

Sudhakar Das 60 dəqiqə ərzində "Karma: taleyini təyin et" mövzusunda təlim keçib.

Azərbaycana üçüncü səfərini edən Sudhakar Das Oxu.Az-a bildirib ki, Azərbaycan cəmiyyəti açıqfikirli, yeniliyə açıq və özünü daim inkişaf etdirməyə maraqlıdır:

"Burada olmaq mənim üçün böyük bir zövqdür. Təkrar qayıdıb praktik bilik və müdrikliyi insanlarla bölüşmək çox xoşdur. Hesab edirəm ki, cəmiyyətin öz üzərində işləmək və daxili rifahı artırmaq üçün atdığı addımlar, xüsusilə də "Nine Senses" tərəfindən həyata keçirilən bu təşəbbüs olduqca dəyərlidir. Mən bu festivalın bilik aspektini bölüşməkdən və onun bir parçası olmaqdan qürur duyuram".

O, şəxsi inkişaf və daxili rifah mövzularında keçirilən tədbirləri yüksək qiymətləndirərək, bu istiqamətdə görülən işləri gələcək üçün ümidverici adlandırıb.

Festival iştirakçıları qədim Çin və Qarabağ xalq təbabəti ilə tanış olublar.

Lev İvanovun rəhbərliyi ilə keçirilən yoqada isə hisslərin enerjisini qəlb enerjisinə çevirməyin yolları izah olunub.

Festival ərəfəsində keçirilən "Made in Azerbaijan" yarmarkasında isə 200-dən çox yerli brend öz məhsullarını təqdim edib.

Axşama doğru festivalda "Ana torpağın səsi" kimi tanınan Perukuanın "Qəlbin sirləri" adlı canlı ifası baş tutacaq.

Qeyd edək ki, festival Heydər Əliyev Fondunun vitse-prezidenti və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ikinci dəfə keçirilir və "Ənənədən-hərəkətə" şüarı altında qədim bilikləri müasir yanaşmalarla birləşdirir.

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 May 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri