Bakıda “Hərbi konfliktlərin ətraf mühitə təsiri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 10-12-də Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Gürcüstanın Tbilisi Dövlət Universiteti, Türkiyənin Ege Universiteti, Özbəkistanın Karşı Dövlət Universiteti və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının birgə təşkilatçılığı ilə “Hərbi konfliktlərin ətraf mühitə təsiri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Özbəkistan, Ukrayna, Rusiya, Sudan və Böyük Britaniyadan tanınmış alim və mütəxəssislər iştirak edəcəklər.
Tədbirin açılış mərasimi sentyabrın 10-da “Grand Hotel Europe” hotelində baş tutacaq və burada plenar iclas keçiriləcək. Konfransın elmi hissəsi Radiasiya Problemləri İnstitutunda müxtəlif tematik bölmələr üzrə davam etdiriləcək.
İclaslarda hərbi əməliyyatların flora və faunaya, su hövzələrinə, hava və torpaq qatına təsiri, radioekoloji risklər, meşə yanğınları və mina partlayışlarının ekosistemə yaratdığı fəsadlar kimi mövzularda elmi məruzələr təqdim olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 02 Sentyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















