Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı VİDEO
Icma.az bildirir, Bizim media portalına istinadən.
Hərəkətin təşkili dəyişib, yol nişanları tam olmadığından sürücülərdə çaşqınlıq yaranır...
Bizim.Media xəbər verir ki, söhbət paytaxtın Nərimanov rayonu Əbdüləzəl Dəmirçizadə küçəsindən gedir.
Bir neçə ay əvvəl həmin küçədə hərəkət istiqaməti dəyişdi. Yəni yol birtəfəli oldu.
Sürücülərin sözlərinə görə, küçədə hərəkət birtərəfli təşkil edilsə də, bəzi sürücülər bu dəyişiklikdən xəbərsiz olduqları üçün Xətai prospekti istiqamətində əks hərəkət zolağına daxil olurlar. Ərazidə xidmət aparan yol polisi əməkdaşları isə qayda pozuntusuna yol verən sürücülərə qarşı tədbir görürlər.
Sürücülər deyirlər ki, mövcud nişanlarla yanaşı, əlavə xəbərdarlıq da olsa, belə halların qarşısını almaq mümkün olar. Xüsusi ilə Qarabağ küçəsi ilə kəsişmədə.
Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, həmin yerdə giriş qadağandır nişanı qoyula bilməz. Əgər bu nişan qoyulsa orda avtobusların da hərəkətinə icazə verilməməlidir. Amma ekspertin həmin konfiliktli ərazi ilə bağlı təklifi var.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, sözügedən ərazidə hər hansı bir uyğunsuzluq yoxdur.
''Hərəkət iştirakçıları ərazidə olan nişanlar və nişanlanma xətlərinə riayət etməlidirlər'', -deyə qurumdan bildirdilər.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 13 Oktyabr 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















