Icma.az
close
up
RU
Bakıda III Beynəlxalq Türkoloji Konqres keçirildi Foto

Bakıda III Beynəlxalq Türkoloji Konqres keçirildi Foto

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə dekabrın 2-də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), AMEA, Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres işə başlayıb.

Teleqraf.com xəbər verir ki, əvvəlcə konqres iştirakçıları Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tədbiri açan akademiyanın prezidenti akademik İsa Həbibbəyli III Beynəlxalq Türkoloji Konqresin AMEA-da keçirilməsinin tarixi əhəmiyyət daşıdığını bildirib. O, 1926-cı ildə Birinci Türkoloji Qurultayın akademiyanın böyük akt zalında baş tutduğunu söyləyib. Qeyd edib ki, həmin qurultayda türkoloqlar, tarixçilər 10 gün ərzində türkologiyanın əsaslarını yaradıblar. Latın qrafikasında ortaq əlifbaya keçmək haqqında qərarlar məhz burada qəbul olunub.

Birinci Türkoloji Qurultayda iştirak etmiş bütün görkəmli alimlərin repressiya qurbanı olduğunu deyən AMEA rəhbəri onların ideyalarının heç bir zaman sönmədiyini diqqətə çatdırıb: “98 il sonra biz burada konfransı keçirərkən iftixar hissi ilə demək istəyirəm ki, bu ilin sentyabrında Bakıda Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən mərasimdə 34 hərfdən ibarət latın əlifbası təsdiq edildi”.

Akademik İsa Həbibbəyli 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinin türk dövlətlərinin geniş tərkibdə iştirakı ilə qeyd edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində Türk dünyası haqqında önəmli mesajlar verdiyini xatırladan akademik İsa Həbibbəyli deyib: “Biz alimlərin borcu böyük türk ailəsini elmi cəhətdən dərindən öyrənmək, ortaq layihələr işləmək, birgə konfranslar keçirmək, xalqlarımıza türk birliyinin əhəmiyyətini çatdırmaqdan ibarətdir”.

Artıq konqresin materiallarının çap olunduğunu bildirən akademik İsa Həbibbəyli kitabda Türk dünyasından 100-ə yaxın alimin məqaləsinin yer aldığını söyləyib. AMEA prezidenti bu tədbirin Türk dünyasının elmi cəhətdən inteqrasiya olunmasına, Türk dünyasının alimlərinin həmrəyliyinə, qardaşlığına böyük töhfə verəcəyini vurğulayıb.

Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qardaş ölkənin bu tədbirə xüsusi önəm verdiyini və ən yüksək səviyyədə iştirak etdiyini bildirib. Qeyd edib ki, hazırda Türkiyədə fəaliyyət göstərən 208 universitetin yarısından çoxunda türkologiyaya dair tədqiqatlar aparılır, Türk dünyasının tarixi, ədəbiyyatı, dili, folkloru, etnoqrafiyası, görkəmli xadimləri öyrənilir. Həmçinin TÜBA-nın, TÜBİTAK-ın və TİKA-nın dəstəyi ilə Türk dünyasına dair önəmli layihələr həyata keçirilir, hər sahədə tədqiqatlar aparılır. Səfir 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinin ən yüksək səviyyədə keçirilməsi üçün qardaş Türkiyənin bütün zəruri dəstəyi verəcəyini söyləyib.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov isə çıxışında Türk dünyasının birliyinə xidmət edən III Beynəlxalq Türkoloji Konqresin keçirilməsinin hazırkı geosiyasi mühitdə xüsusi əhəmiyyət kəsb etdiyini bildirib və Özbəkistanın Türk dünyasının iqtisadi, siyasi, elmi, mədəni birliyinə daim dəstək verdiyini söyləyib.

Tədbirdə, həmçinin Milli Məclisin deputatı Elnarə Akimova, Qarabağ Universitetinin rektoru dosent Şahin Bayramov, TİKA Orta Asiya və Qafqaz şöbəsinin rəhbəri Başkanı Ali Özgün Öztürk, Türkiyənin Çankırı Karatekin Universitetinin Türkiyə Araşdırmalar İnstitutunun direktoru professor Abdulselam Arvas, Hacettepe Universitetinin professoru Özkul Çobanoğlu, Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun prorektoru Niqora Kadirova, Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyinin direktoru professor Jabbar Eshankul, Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru Anarbay Buldıbay və Qırğızıstanın Altmışbayev adına Milli Elmlər Akademiyasının professoru Nur Saralayeva çıxış ediblər. Onlar III Beynəlxalq Türkoloji Konqresin keçirilməsinin milli kimliyimizin qorunması, gələcək nəsillərə aşılanması, birliyimizin, həmrəyliyimizin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıblar.

Çıxışlardan sonra akademik İsa Həbibbəyli qonaqlara AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən nəşr olunmuş Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin 86 il sonra tapılmış, repressiya qurbanı, özbəkəsilli türkoloq Xalid Səid Xocayevə məxsus latın qrafikalı ilk tərcümə əlyazmasının cildlərini hədiyyə edib.

III Beynəlxalq Türkoloji Konqres öz işini AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, konqres dekabrın 4-də başa çatacaq

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 02 Dekabr 2024 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see186

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri