Icma.az
close
up
RU
Bakıda III Beynəlxalq Türkoloji Konqres keçirilib

Bakıda III Beynəlxalq Türkoloji Konqres keçirilib

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə dekabrın 2-də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), AMEA, Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres işə başlayıb. Əvvəlcə konqres iştirakçıları Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri açan akademiyanın prezidenti akademik İsa Həbibbəyli III Beynəlxalq Türkoloji Konqresin AMEA-da keçirilməsinin tarixi əhəmiyyət daşıdığını bildirib. O, 1926-cı ildə Birinci Türkoloji Qurultayın akademiyanın böyük akt zalında baş tutduğunu söyləyib. Qeyd edib ki, həmin qurultayda türkoloqlar, tarixçilər 10 gün ərzində türkologiyanın əsaslarını yaradıblar. Latın qrafikasında ortaq əlifbaya keçmək haqqında qərarlar məhz burada qəbul olunub.

Birinci Türkoloji Qurultayda iştirak etmiş bütün görkəmli alimlərin repressiya qurbanı olduğunu deyən AMEA rəhbəri onların ideyalarının heç bir zaman sönmədiyini diqqətə çatdırıb: “98 il sonra biz burada konfransı keçirərkən iftixar hissi ilə demək istəyirəm ki, bu ilin sentyabrında Bakıda Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən mərasimdə 34 hərfdən ibarət latın əlifbası təsdiq edildi”.

Akademik İsa Həbibbəyli 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinin türk dövlətlərinin geniş tərkibdə iştirakı ilə qeyd edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində Türk dünyası haqqında önəmli mesajlar verdiyini xatırladan akademik İsa Həbibbəyli deyib: “Biz alimlərin borcu böyük türk ailəsini elmi cəhətdən dərindən öyrənmək, ortaq layihələr işləmək, birgə konfranslar keçirmək, xalqlarımıza türk birliyinin əhəmiyyətini çatdırmaqdan ibarətdir”.

Artıq konqresin materiallarının çap olunduğunu bildirən akademik İsa Həbibbəyli kitabda Türk dünyasından 100-ə yaxın alimin məqaləsinin yer aldığını söyləyib. AMEA prezidenti bu tədbirin Türk dünyasının elmi cəhətdən inteqrasiya olunmasına, Türk dünyasının alimlərinin həmrəyliyinə, qardaşlığına böyük töhfə verəcəyini vurğulayıb.

Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qardaş ölkənin bu tədbirə xüsusi önəm verdiyini və ən yüksək səviyyədə iştirak etdiyini bildirib. Qeyd edib ki, hazırda Türkiyədə fəaliyyət göstərən 208 universitetin yarısından çoxunda türkologiyaya dair tədqiqatlar aparılır, Türk dünyasının tarixi, ədəbiyyatı, dili, folkloru, etnoqrafiyası, görkəmli xadimləri öyrənilir. Həmçinin TÜBA-nın, TÜBİTAK-ın və TİKA-nın dəstəyi ilə Türk dünyasına dair önəmli layihələr həyata keçirilir, hər sahədə tədqiqatlar aparılır. Səfir 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinin ən yüksək səviyyədə keçirilməsi üçün qardaş Türkiyənin bütün zəruri dəstəyi verəcəyini söyləyib.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov isə çıxışında Türk dünyasının birliyinə xidmət edən III Beynəlxalq Türkoloji Konqresin keçirilməsinin hazırkı geosiyasi mühitdə xüsusi əhəmiyyət kəsb etdiyini bildirib və Özbəkistanın Türk dünyasının iqtisadi, siyasi, elmi, mədəni birliyinə daim dəstək verdiyini söyləyib.

Tədbirdə, həmçinin Milli Məclisin deputatı Elnarə Akimova, Qarabağ Universitetinin rektoru dosent Şahin Bayramov, TİKA Orta Asiya və Qafqaz şöbəsinin rəhbəri Başkanı Ali Özgün Öztürk, Türkiyənin Çankırı Karatekin Universitetinin Türkiyə Araşdırmalar İnstitutunun direktoru professor Abdulselam Arvas, Hacettepe Universitetinin professoru Özkul Çobanoğlu, Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun prorektoru Niqora Kadirova, Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyinin direktoru professor Jabbar Eshankul, Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru Anarbay Buldıbay və Qırğızıstanın Altmışbayev adına Milli Elmlər Akademiyasının professoru Nur Saralayeva çıxış ediblər. Onlar III Beynəlxalq Türkoloji Konqresin keçirilməsinin milli kimliyimizin qorunması, gələcək nəsillərə aşılanması, birliyimizin, həmrəyliyimizin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıblar.

Çıxışlardan sonra akademik İsa Həbibbəyli qonaqlara AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən nəşr olunmuş Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin 86 il sonra tapılmış, repressiya qurbanı, özbəkəsilli türkoloq Xalid Səid Xocayevə məxsus latın qrafikalı ilk tərcümə əlyazmasının cildlərini hədiyyə edib.

III Beynəlxalq Türkoloji Konqres öz işini AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, konqres dekabrın 4-də başa çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Dekabr 2024 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri