Icma.az
close
up
RU
COP29da müzakirələr: İnsan kapitalına investisiyaların davamlı kənd təsərrüfatı transformasiyasına və iqlim fəaliyyətinə təsiri AZƏRTAC

COP29da müzakirələr: İnsan kapitalına investisiyaların davamlı kənd təsərrüfatı transformasiyasına və iqlim fəaliyyətinə təsiri AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu (COP29) sessiyası çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Yaşıl Zonada fəaliyyət göstərən pavilyonunda “AgriFuture 2024: Dayanıqlı və ədalətli gələcək üçün qadınları, gəncləri və innovasiyaları gücləndirən iqlim təsirlərinə davamlı kənd təsərrüfatı” mövzusunda panel müzakirələr keçirilib.

AZƏRTAC xəbər verir ki, İnsan inkişafı, Uşaq və Gənclər, Sağlamlıq, Təhsil Günündə keçirilən panel sessiyanın əsas məqsədi insan kapitalına investisiyaların davamlı kənd təsərrüfatı transformasiyasına və iqlim fəaliyyətinə təsirini müzakirə etməkdir.

Panel sessiyada moderatorluq edən Beynəlxalq Aqrar Tədqiqatlar üzrə Məsləhət Qrupunun (CGIAR) Torpaq, su və aqronomluq üzrə tədqiqat qrupunun rəhbəri Vinay Nangia aqrar sahənin uğurlu inkişafında qadınların və gənclərin mühüm rol oynadığını, innovativ yenilik və təcrübənin kənd təsərrüfatının inkişafına təkan verdiyini qeyd edib.

Panel sessiyanı giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, bu tədbir bəşəriyyətin gələcəyi üçün vacib məsələlərə xüsusi diqqət yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, kənd təsərrüfatı cəmiyyətin əsasını təşkil etməklə iqtisadiyyatın dəstəklənməsi, əhalinin məşğulluğunun təmin olunması, ərzaqla təminatda vacib rol oynayır. Nazir Məcnun Məmmədov qeyd edib ki, hazırda iqlim dəyişikliyi, məhdud resurslar və dəyişən bazar tələbləri aqrar sahəyə hər tərəfdən təzyiq edir. Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı icra edilən tədbirlərin tərkib hissəsi kimi gənclərin və qadınların potensial imkanlarının düzgün qiymətləndirilməsi, onların məşğulluq səviyyəsinin artırılması, innovativ layihələrdə iştirakının stimullaşdırılmasının aqrar siyasətin əsas hədəflərindəndir”.

M. Məmmədov fermerlərin üzləşdikləri çətinliklərin həlli istiqamətində Azərbaycanın kənd təsərrüfatı, ətraf mühit və iqlim məsələlərini özündə ehtiva edən fermerlər üçün “Bakı Harmoniya İqlim Təşəbbüsü”nü irəli sürdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Onun sözlərinə görə görə, harmoniya kənd təsərrüfatında, qida sistemlərində, su idarəçiliyində iqlim dəyişikliyinə uyğunlaşma və davamlı inkişafın təşviqinə yönəlməklə, müxtəlif təşəbbüsləri, koalisiyaları və tərəfdaşlıqları birləşdirən mərkəzi platforma rolunu oynayacaq, kənd təsərrüfatı sistemlərinin transformasiyasını dəstəkləyəcək, davamlı kənd təsərrüfatını dəstəkləyən investisiyaları səfərbər etməyə imkan verəcək, kənd təsərrüfatının onurğa sütunu və gələcək dayanıqlığın əsas hərəkətverici qüvvəsi olan fermerlərin, xüsusilə qadınların və gənclərin imkanlarının artırılmasına xidmət edəcək.

Panel sessiyada çıxış edən Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) İcraçı deirektoru İsmahane Elouafi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin Direktoru Kaveh Zahedi iqlim dəyişikliyi, qida təhlükəsizliyi, su qıtlığı kimi qlobal çağırışların həlli istiqamətində qadınların, gənclərin fəal iştirakının vacibliyinə toxunub, kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyəti, rəqəmsal həllərin istehsalın avtomatlaşdırılmasında rolu, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, məhsuldarlığın artırılması yolları ilə bağlı fikirlərini bölüşüblər.

“İqlimə davamlı aqro-qida sistemləri üçün insan kapitalı: liderlik, elm və icma perspektivləri” mövzusunda panel sessiyada Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) mütəxəssisi Akmal Əkrəmxanov, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova fərdi təsərrüfatlara dəstək, ərzaq təhlükəsizliyinin təmin olunması, iqlim dəyişikliyinin aqrar sahəyə təsiri, torpaq, su resurslarından səmərəli istifadə, təbii sərvətlərin, ekoloji tarazlığın qorunması, aqro-ərzaq sistemlərinin rəqəmsal transformasiyası, kənd yerlərinin, icmaların davamlı inkişafı üçün dayanıqlı kənd təsərrüfatı sisteminin qurulması mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

Panel müzakirələr sual-cavab formatında davam etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri