Icma.az
close
up
RU
COP29da müzakirələr: İnsan kapitalına investisiyaların davamlı kənd təsərrüfatı transformasiyasına və iqlim fəaliyyətinə təsiri

COP29da müzakirələr: İnsan kapitalına investisiyaların davamlı kənd təsərrüfatı transformasiyasına və iqlim fəaliyyətinə təsiri

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu (COP29) sessiyası çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Yaşıl Zonada fəaliyyət göstərən pavilyonunda “AgriFuture 2024: Dayanıqlı və ədalətli gələcək üçün qadınları, gəncləri və innovasiyaları gücləndirən iqlim təsirlərinə davamlı kənd təsərrüfatı” mövzusunda panel müzakirələr keçirilib.

AZƏRTAC xəbər verir ki, İnsan inkişafı, Uşaq və Gənclər, Sağlamlıq, Təhsil Günündə keçirilən panel sessiyanın əsas məqsədi insan kapitalına investisiyaların davamlı kənd təsərrüfatı transformasiyasına və iqlim fəaliyyətinə təsirini müzakirə etməkdir.

Panel sessiyada moderatorluq edən Beynəlxalq Aqrar Tədqiqatlar üzrə Məsləhət Qrupunun (CGIAR) Torpaq, su və aqronomluq üzrə tədqiqat qrupunun rəhbəri Vinay Nangia aqrar sahənin uğurlu inkişafında qadınların və gənclərin mühüm rol oynadığını, innovativ yenilik və təcrübənin kənd təsərrüfatının inkişafına təkan verdiyini qeyd edib.

Panel sessiyanı giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, bu tədbir bəşəriyyətin gələcəyi üçün vacib məsələlərə xüsusi diqqət yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, kənd təsərrüfatı cəmiyyətin əsasını təşkil etməklə iqtisadiyyatın dəstəklənməsi, əhalinin məşğulluğunun təmin olunması, ərzaqla təminatda vacib rol oynayır. Nazir Məcnun Məmmədov qeyd edib ki, hazırda iqlim dəyişikliyi, məhdud resurslar və dəyişən bazar tələbləri aqrar sahəyə hər tərəfdən təzyiq edir. Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı icra edilən tədbirlərin tərkib hissəsi kimi gənclərin və qadınların potensial imkanlarının düzgün qiymətləndirilməsi, onların məşğulluq səviyyəsinin artırılması, innovativ layihələrdə iştirakının stimullaşdırılmasının aqrar siyasətin əsas hədəflərindəndir”.

M. Məmmədov fermerlərin üzləşdikləri çətinliklərin həlli istiqamətində Azərbaycanın kənd təsərrüfatı, ətraf mühit və iqlim məsələlərini özündə ehtiva edən fermerlər üçün “Bakı Harmoniya İqlim Təşəbbüsü”nü irəli sürdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Onun sözlərinə görə, harmoniya kənd təsərrüfatında, qida sistemlərində, su idarəçiliyində iqlim dəyişikliyinə uyğunlaşma və davamlı inkişafın təşviqinə yönəlməklə, müxtəlif təşəbbüsləri, koalisiyaları və tərəfdaşlıqları birləşdirən mərkəzi platforma rolunu oynayacaq, kənd təsərrüfatı sistemlərinin transformasiyasını dəstəkləyəcək, davamlı kənd təsərrüfatını dəstəkləyən investisiyaları səfərbər etməyə imkan verəcək, kənd təsərrüfatının onurğa sütunu və gələcək dayanıqlığın əsas hərəkətverici qüvvəsi olan fermerlərin, xüsusilə qadınların və gənclərin imkanlarının artırılmasına xidmət edəcək.

Panel sessiyada çıxış edən Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) İcraçı direktoru İsmahane Elouafi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin direktoru Kaveh Zahedi iqlim dəyişikliyi, qida təhlükəsizliyi, su qıtlığı kimi qlobal çağırışların həlli istiqamətində qadınların, gənclərin fəal iştirakının vacibliyinə toxunub, kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyəti, rəqəmsal həllərin istehsalın avtomatlaşdırılmasında rolu, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, məhsuldarlığın artırılması yolları ilə bağlı fikirlərini bölüşüblər.

“İqlimə davamlı aqroqida sistemləri üçün insan kapitalı: liderlik, elm və icma perspektivləri” mövzusunda panel sessiyada Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) mütəxəssisi Akmal Əkrəmxanov, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova fərdi təsərrüfatlara dəstək, ərzaq təhlükəsizliyinin təmin olunması, iqlim dəyişikliyinin aqrar sahəyə təsiri, torpaq, su resurslarından səmərəli istifadə, təbii sərvətlərin, ekoloji tarazlığın qorunması, aqroərzaq sistemlərinin rəqəmsal transformasiyası, kənd yerlərinin, icmaların davamlı inkişafı üçün dayanıqlı kənd təsərrüfatı sisteminin qurulması mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

Panel müzakirələr sual-cavab formatında davam etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Noyabr 2024 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see281

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see223

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see185

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see133

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri