Bakıda kabusa çevrilən küçə: Qəzalar olur, baxan yoxdur VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində yerləşən Nikolay Baybakov küçəsinin sakinləri yolun uzun müddətdir bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.az-a qəsəbə sakini Rəşad İbrahimov müraciət edib. Onun sözlərinə görə, qəsəbənin əsas və ən intensiv istifadə olunan küçələrindən biri olan Nikolay Baybakov küçəsində müxtəlif kommunal və təmir işləri aparıldıqdan sonra yol bərpa edilməyib. Nəticədə küçə hazırda nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükəli vəziyyətə düşüb. Sakin bildirir ki, yolun dərin çuxurlarla örtülməsi avtomobillərə ciddi maddi ziyan vurur, onsuz da dar olan küçədə uzunmüddətli tıxacların yaranmasına səbəb olur. Gün ərzində yaranan sıxlıq və fasiləsiz avtomobil siqnalları isə sakinlərin normal həyatına mənfi təsir göstərir. R.İbrahimovun sözlərinə görə, problemin daha təhlükəli tərəfi küçədə dəfələrlə yol-nəqliyyat hadisələrinin baş verməsidir. O qeyd edib ki, Nikolay Baybakov küçəsində təcili tibbi yardım stansiyası və 3 saylı Şəhər Xəstəxanası yerləşir. Yaranan tıxaclar səbəbindən təcili tibbi yardım avtomobillərinin hərəkəti çətinləşir ki, bu da ağır vəziyyətdə olan xəstələrin həyatı üçün risk yaradır. Sakinin sözlərinə görə, problemlə bağlı təxminən 20 gün əvvəl qəsəbə nümayəndəliyinə rəsmi müraciət edilsə də, indiyədək heç bir tədbir görülməyib. Halbuki həmin vaxt küçə artıq iki aya yaxın idi ki, yararsız vəziyyətdə idi. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 27 İyun 2026 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















