Bakıda kafedə səs küy salan şəxs həbs edildi: Təzyiqim qalxmışdı...
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda kafedə səs-küy salan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "MoonsuN" adlı kafedə baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü D.R., Orxan adlı tanışı ilə kafeyə daxil olaraq yemək yeib və spirtli içki qəbul edib. Daha sonra hesab vermək üstündə onlar arasında mübahisə yaranıb və kafedə səs-küy salıblar.
D.R. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Təqsirləndirilən şəxs məhkəmədə "MoonsuN" adlı kafedə səs-küy salmadığını deyib. O, bildirib ki, təziqi olur. Həmin vaxt içkinin təsirindən təzyiqi ilə bağlı problem yarandığına görə huşunu itirərək yerə yıxılıb və sağ qolundan xəsarət alıb. Dostu təcili yardım çağırmaq istəyib, bu səbəbdən həmin vaxt bir az səs-küy yaranıb.
Məhkəmənin hökmü ilə D.R. 5 gün müddətinə həbs edilib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 25 Dekabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















