Icma.az
close
up
RU
Bakıda keçirilən Beynəlxalq Konfrans başa çatdı Yekun bəyannamə qəbul EDİLDİ

Bakıda keçirilən Beynəlxalq Konfrans başa çatdı Yekun bəyannamə qəbul EDİLDİ

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın yekun bəyannamə qəbul edilib.

Redaktor.az xəbər verir ki, sənəd konfransda keçirilən müzakirələrin nəticələrini və ortaq prioritetlərimizi - etimadın möhkəmləndirilməsi, humanitar əməkdaşlığın genişləndirilməsi və itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün səmərəli mexanizmlərin işlənib hazırlanması əks etdirir.

Bəyannamədə qeyd olunub ki, beynəlxalq konfransın iştirakçıları dövlətləri şəxslərin itkin düşməsinin qarşısının alınması, itkin düşdüyü barədə məlumat verilmiş şəxslərin axtarılması və taleyinin müəyyən edilməsi, habelə itkin şəxslərin ailələrinə onların taleyi barədə məlumat verilməsi üçün bütün zəruri tədbirləri görməyə, itkin düşmüş şəxslərin yerinin müəyyən edilməsi və eyniləşdirilməsi üçün əhəmiyyət kəsb edən bütün mövcud məlumatları, o cümlədən fərdi və kütləvi dəfn yerlərinə dair məlumatları paylaşmağa çağırıb.

İnsan qalıqlarının təhlükəsiz, ləyaqətli və elmi cəhətdən əsaslandırılmış şəkildə çıxarılmasının, sənədləşdirilməsinin, eyniləşdirilməsinin və qaytarılmasının, habelə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün əhəmiyyət kəsb edən sənədlərin və sübutların qorunub saxlanılmasının vacibliyi vurğulanıb:

"Bir sıra ölkələrdə insan qalıqlarının eyniləşdirilməsi və onların ləyaqətli şəkildə dəfn edilməsinin təmin olunması istiqamətində müvafiq dövlət qurumlarının səylərini təqdir edirik.

Silahlı münaqişə ilə əlaqədar itkin düşdüyü barədə məlumat verilmiş şəxslərin ailələrinin öz yaxınlarının taleyi barədə məlumat almaq hüququnu bir daha təsdiq edirik.

Mina və digər partlayıcı sursatların axtarış və insan qalıqlarının çıxarılması üzrə səylərə maneə yarada bilməsindən narahatlığımızı ifadə edirik.

Dövlətləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarını ən yaxşı təcrübələrin mübadiləsi və texniki tövsiyələrin təqdim edilməsi, o cümlədən məhkəmə-tibbi ekspertiza və digər yeni yaranan texnologiyalardan istifadə etməklə, itkin düşmüş şəxslər məsələsinin həlli istiqamətində əməkdaşlığı gücləndirməyə dəvət edirik.

Həmçinin beynəlxalq təşkilatlara, xüsusilə Birləşmiş Millətlər Təşkilatına, silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslər məsələsinin xüsusi olaraq həlli məqsədilə müvafiq mexanizmin yaradılmasına şərait yaratmaqla bağlı çağırışımızı bir daha ifadə edir və bu məqsədlə BMT ilə əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk.

Ailələr üçün cavabların əldə edilməsinə yönəlmiş təcrübə mübadiləsi, etimadın yaradılması və praktiki əməkdaşlığın inkişaf etdirilməsi baxımından getdikcə daha mühüm platformaya çevrilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqunun fəaliyyətini təqdir edirik".

Bundan başqa, sənəddə konfransın təşkilinə və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində milli və beynəlxalq səylərin konstruktiv müzakirəsi üçün platforma yaradılmasına görə Azərbaycan Respublikasının Əsir, Girov və İtkin Düşmüş Şəxslər üzrə Dövlət Komissiyasına minnətdarlıq ifadə olunub.

Qeyd edək ki, tədbirin Proqramı 9 və 10 oktyabr tarixlərində Qarabağa səfərlə davam edəcək.

Konfransın tərkib hissəsi olan bu səfər münaqişənin humanitar fəsadlarını, axtarışların aparıldığı şəraiti, minalar və partlamamış hərbi sursatların yaratdığı çətinlikləri daha dərindən anlamağa imkan verəcək. Proqrama, həmçinin Xocalı Memorial Kompleksinə, Şuşa və Laçına səfərlər, azad edilmiş ərazilərdə yenidənqurma işləri ilə tanışlıq imkanı daxildir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Oktyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see365

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see281

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see269

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see257

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see255

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see240

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see238

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see232

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see232

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see226

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see221

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see221

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see204

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see205

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see203

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see203

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see198

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see191

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri