Icma.az
close
up
RU
Bakıda keçirilən COP29 bütün COP tarixində yeni bir mərhələdir Almaniyanın vitsekansleri

Bakıda keçirilən COP29 bütün COP tarixində yeni bir mərhələdir Almaniyanın vitsekansleri

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Almaniya Federativ Respublikasının vitse-kansleri Robert Habekdir.

O, Trend-ə açıqlamasında bildirib ki, Bakıda keçirilən COP29 bütün COP tarixində yeni bir mərhələdir.

Robert Habek qeyd edib ki, alman ideyası öz sənayeləri üçün dekarbonizasiyanın üstünlüklərini müzakirə etmək istəyən tərəfdaşları toplamaqdır.

"Yenilik odur ki, COP həmişə enerji bazarının, enerji sistemlərinin yaşıl keçidini müzakirə edirdi. İndi sənayelərdən danışırıq. Görün COP-un tarixində nə baş verib, haradan başladıq və indi biz polad-beton və sementin yaşıllaşdırılmasını, onlara standartlar verilməsini müzakirə edirik.

Cümə günü biz İqlim klubu (Climate Club) platformasını işə saldıq, bu, əslində, bir ana səhifədir, burada ölkələr indi bizimlə əlaqə saxlaya bilər və deyə bilərik ki, yaşıl polad və ya yaşıl alüminium, ya da yaşıl sənayelər haqqında eşitmişik. İqlim dəyişikliyi fonunda bərpa olunan enerjiyə keçid aktları dayandırıla bilməz. İndi bu, bazara əsaslanan bir prosesdir. Bu istiqamətdə, mənim fikrimcə, bu COP-un vədləri, həqiqətən, ümidvericidir.

İndi biz, əlbəttə ki, bunu konkret proqramlarla vurğulamaq, şəbəkələr qurmaq üçün çox çalışmalıyıq", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Noyabr 2024 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see183

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see127

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see127

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri