Bakıda küləyin sürəti saniyədə 21 metrədək güclənir FAKTİKİ HAVA
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 27 avqust, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə Quba və Qusarda qısamüddətli yağış yağıb (1 millimetr).
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Culfada 21, Neftçalada 20 metrədək güclənir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 29-u gündüzədək davam edəcəyi gözlənilir.

Bakıda küləyin maksimal sürəti saniyədə 16 metrədək güclənir FAKTİKİ HAVA
09 Avqust 2025 11:47
Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 25 metrədək güclənir FAKTİKİ HAVA
21 Avqust 2025 17:48
Küləyin sürəti saniyədə 21 metrə çatıb FAKTİKİ HAVA
16 Dekabr 2024 09:45
Bakıda küləyin sürəti 21 m/s olub Faktiki hava
16 Dekabr 2024 09:49
Bakıda küləyin sürəti saniyədə 25 metrə çatıb FAKTİKİ HAVA
18 Dekabr 2024 09:37

