Bakıda “lipa nömrə” dələduzluğu ilə məşğul olanlar İFŞA EDİLDİ FOTO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Son günlər sosial şəbəkə platforması “TikTok”da “lipa nömrə satışı” adı altında fəaliyyət göstərən bir sıra səhifələr və istifadəçilər tərəfindən dələduzluq halları müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, həmin səhifələr alıcılarla əlaqə yaradaraq məhsul satışı təklifi edirlər. Onlar alıcılardan əvvəlcədən ödəniş tələb edir, lakin pulu aldıqdan sonra nə məhsulu göndərir, nə də əlaqəyə çıxırlar. Daha sonra isə alıcıları bloklayaraq izlərini itirirlər.
Bu hallar açıq dələduzluq kimi qiymətləndirilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, istifadəçilər bu cür “satış” adı altında fəaliyyət göstərən səhifələrə inanmasınlar, xüsusilə də əvvəlcədən ödəniş etməsinlər. Ödəniş etməzdən əvvəl satıcının etibarlılığını yoxlamaq, rəsmi səhifələrdən və ya tanınmış onlayn ticarət platformalarından alış-veriş etmək daha təhlükəsizdir.
Qeyd edək ki, son aylarda sosial şəbəkələrdə bu kimi dələduzluq hallarının sayı artmaqdadır.
Eltac Zülfüqaroğlu
Baxış sayı:114
Bu xəbər 17 Oktyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















