Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Bakıda möhtəşəm gün: ötən əsrə gedəcəksiniz... FOTOLAR

Bakıda möhtəşəm gün: ötən əsrə gedəcəksiniz... FOTOLAR

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avqustun 30-da Bakıda Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə klassik avtomobillərin və çövkən oyunu, at şousunun bir araya gəldiyi tədbir keçirilib.

Globalinfo.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbir Bakı bulvarında klassik avtomobillərin sərgisi ilə başlayıb. Dənizkənarı Milli Parkda AAF-da tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələri nümayiş olunub. Yüzdən çox klassik avtomobilin iştirak etdiyi tədbirdə müxtəlif illərə aid nəqliyyat vasitəsini görmək mümkün olub. Bu nadir eksponatlar avtomobil sənayesinin inkişaf mərhələsini əks etdirərək, vizual baxımdan hər zaman diqqəti cəlb edir.

Sonra retro avtomobillər şəhərin mərkəzi küçələri daxil olmaqla Neftçilər prospekti – Ağ Şəhər bulvarı – Heydər Əliyev Mərkəzi – Heydər Əliyev prospekti –Binə Atçılıq Mərkəzi marşrutu ilə hərəkət edərək Bakı sakinləri və qonaqlarına nostalji dolu anlar yaşadıb.

Müxtəlif illərdə fərqli avtomobil şirkətləri tərəfindən istehsal edilən klassik nəqliyyat vasitələri paytaxtımızın görünüşünə xüsusi ovqat qatıb. Bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat vasitələrindən fərqlənən görünüşü, həm də öz tarixi ilə də maraq doğurur.

Yürüşün sonunda Binə Atçılıq Mərkəzində sərgi təşkil olunub.  Daha sonra başlayan tədbirdə Azərbaycan Avtomobil Federasiyası və Azərbaycan Respublikası Atçılıq Federasiyasının fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Beynəlxalq Avtomobil Federasiyasının tamhüquqlu üzvü olan AAF avtomobil idmanının inkişafı, yol hərəkəti təhlükəsizliyi və avtomobil irsinin təbliği istiqamətində müxtəlif layihə və tədbirlər həyata keçirir. Bu fəaliyyətlər sırasında avtoidman yarışları, sürət festivalları, drift və yolsuzluq yürüşləri, klassik avtomobil sərgiləri xüsusi yer tutur. Federasiyanın təşəbbüsləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. 2024-cü ildə Kiqalidə keçirilən FIA mükafatlandırma mərasimində AAF “Klassik avtomobillər” sərgisinə görə “İrsin Təbliği Kubokuna” layiq görülüb.

ARAF isə bu illər ərzində, həmçinin Qarabağ atlarının qorunması, beynəlxalq tədbirlərdə tanıdılması istiqamətində mühüm işlər görüb. Bu ilin may ayında Qarabağ atları artıq 9-cu dəfə İngiltərədə Vindsor Kral Atçılıq Şousunda, İstanbulda keçirilən Etnosport Mədəniyyət Festivalında möhtəşəm çıxış edib və tamaşaçıların böyük rəğbətini qazanıb. Eyni zamanda, çövkən oyunu artıq dünya miqyasında tanıdılaraq beynəlxalq yarışlara çıxarılıb. Sonra tamaşaçılara Qarabağ atlarının füsunkar çıxışı – “Zəfər” proqramı təqdim edilib. Azərbaycanda milli atüstü oyun növlərindən biri olan – çövkən oyunu barədə videoçarx təqdim olunub. 2013-cü ildə UNESCO-nun Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən milli atüstü oyun növü-çövkən təkcə idman növü deyil, həm də zəngin mədəni irsdir. Qeyd edək ki, gələn il Bakıda 2-ci Çövkən üzrə Dünya Çempionatı baş tutacaq.  Tədbir Azərbaycan-İtaliya yoldaşlıq çövkən oyunu ilə davam edib. Oyun idmanın dostluq və əməkdaşlıq missiyasını əks etdirib.  Çövkən oyunu Azərbaycan komandasının 2:1 hesabı ilə qalib gəlməsi ilə nəticələnib.

Eyni zamanda tədbirdə “Ən yaxşı qadın süvari”, “Ən yaxşı kişi süvari” və “Ən unikal avtomobil”, “Ən orijinal avtomobil”, “Ən əfsanəvi avtomobil”, “Ən qədim avtomobil”, “1950–1960-cı illərin ən fərqli avtomobili” , “1970–1980-ci illərin ən fərqli avtomobili”nin sürücüləri təltif edilib. Həmin axşam yalnız idmançı və sürücülər deyil, həm də rəngarəng retro geyimi ilə seçilən qonaqlar mükafatlandırılıb. “Ən rəngarəng retro geyimli” üç qalib təltif edilib.

Gecə konsert proqramı ilə davam edib.  Səhnəyə məşhur tenorlar Vittorio Grigolo (İtaliya) və Yusif Eyvazov (Azərbaycan), eləcə də soprano ifaçısı Afaq Abbasova (Azərbaycan) çıxaraq opera ifaları ilə gecəyə sənət ruhu qatıblar. Daha sonra müasir musiqi səhnəsinin sevilən siması Minelli (Rumıniya) öz enerjili çıxışı ilə tamaşaçılara unudulmaz anlar yaşadıb.

Tədbir Nazar Holdings, Volvo Cars,  Azerbaijan Automobiles, “Azpetrol” şirkətlərinin sponsorluğu, Motor House, Green Car mərkəzlərinin, Regional İnkişaf İctimai Birliyi (RİİB) və “Nargis” jurnalının təşkilati dəstəyi ilə keçirilib.

































Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Avqust 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri