Icma.az
close
up
RU
Bakıda müasirliklə tarixin qovuşduğu istirahət məkanı Ərazisi genişləndirilən Mərkəzi Parkdan REPORTAJ

Bakıda müasirliklə tarixin qovuşduğu istirahət məkanı Ərazisi genişləndirilən Mərkəzi Parkdan REPORTAJ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 avqust, AZƏRTAC

Metronun “Nizami” stansiyasından Azərbaycan Dövlət Dram Teatrına gedən yol bitər-bitməz qarşımızda Mərkəzi Parkın gözoxşayan mənzərəsi açılır. Parkın girişində Bakının Baş Planına uyğun olaraq, layihələndirilməsi və ərazisində yerləşən məkanlar barədə məlumat guşəsi qoyulub. Burada uşaq meydançaları, istirahət güşələri, ictimai məkanların istiqamətləri göstərilib.

Heç inanmaq olmur ki, 7-8 il bundan əvvəl “Sovetski” adlanan bu ərazidə dar küçə və dalanlar, köhnə, şəraitsiz evlər olub. İndi parkda skuter, skeyt sürən uşaq və yeniyetmələr çoxdur. Burada onların asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi yer ayrılıb. Parkda ağacların altında və yaşıllıq zonalarında istirahət edən çox sayda insan var. Söhbətgahlarda əyləşən şəhər sakinləri və turistlər Bakı küləyinin sərinliyindən zövq alır, günün yorğunluğunu çıxarmağa çalışırlar. Parkda əkilən ağacların və digər bitkilərin məxsusi qoxusu isə hər kəsi cəlb edir.

Qeyd olunanlar AZƏRTAC-ın əməkdaşlarının ərazisinin növbəti dəfə genişləndirilməsi nəzərdə tutuan Mərkəzi Parkda müşahidə etdiklərinin bir hissəsidir. Aparılan müşahidə və söhbətlər zamanı məlum olub ki, paytaxt sakinləri və turistlər parkda yaradılan şəraitdən çox razıdırlar. Onlar parkın daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu deyiblər.

Bakı sakini Sevda Hüseynova Mərkəzi Parkın möhtəşəm olduğunu bildirib: “Böyük şəhərlərdə mütləq yaşıllıq zonaları olmalıdır. Burada yaşıllıqlar çoxdur. İşdən sonra gəlib, parkda gəzirik, dincəlirik. Bir vətəndaş olaraq burada parkın salınmasına görə dövlətimizin başçısına sonsuz minnətdarlığımı bildirirəm. Mərkəzi Parkda insanlar yaxşı istirahət edir, dincəlirlər. Vətəndaşlarımız bu parkı qorumalıdırlar”.

Bakıya qonaq gələn Əhməd Abdullayev Mərkəzi Parkda istirahət etməkdən zövq aldığını dilə gətirib: “Rayondan gəlmişik, burada istirahət üçün hər cür şərait yaradılıb. Havası da yaxşıdır, ətraf yaşıllıqdır. Oturacaqlar, su hövzələri, fantanlar var. Park təmizdir, obyektlər əhalinin xidmətindədir. Buraya dincəlmək üçün gəlirik. Bu ərazi vaxtilə bərbad vəziyyətdə olub. İndi gözəl park yaradılıb”.

Qeyd edək ki, geniş yaşıllıq zolaqla əhatə olunan parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Avstriyalı memar Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın salınmasında məqsəd Bakının simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətini müasir xidmətlərə uyğun təşkil etməkdir. Parkın ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da olub. Prezident İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı 2024-cü il noyabrın 7-də Mərkəzi Parkın üçüncü hissəsinin açılışında olub. Mərkəzi Parkın bu hissəsinin istifadəyə verilməsi ilə keçmiş “Sovetski” adlanan ərazidə salınan parkın ümumi sahəsi 35,4 hektara çatdırılıb və bura paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib. Layihəyə əsasən, ərazi yüksək səviyyədə abadlaşdırılıb, burada müasir tələblərə uyğun yeni infrastruktur yaradılıb, şəhər sakinləri və qonaqların səmərəli istirahəti üçün paytaxta xüsusi yaraşıq verən park ərsəyə gəlib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz Həsənov AZƏRTAC-a bildirib ki, növbəti mərhələdə əlavə olaraq təxminən 21 hektar ərazinin yenidən qurulması və layihələndirilməsi nəzərdə tutulur: Ərazinin iqlim şəraiti, florası və ekoloji xüsusiyyətləri nəzərə alınmaqla burada geniş yaşıllıq zolaqları, süni göl, idman və mədəni tədbir zonaları, uşaqlar üçün oyun meydançaları, həmçinin qapalı avtomobil dayanacağı yaradılacaq. Yeni layihə çərçivəsində həmin infrastruktur da tamamilə yenidən qurulacaq. Baş plana əsasən, Təzəpir məscidi ətrafındakı tarixi məhəllə də müasir şəhərsalma standartlarına uyğun abadlaşdırılacaq. Bu ərazidə həm dövlətin xüsusi mühafizəsində olan tarixi abidələr, həm də abidə statusu daşımayan, lakin tarixi dəyərə malik binalar yerləşir. Layihə çərçivəsində həmin tikililərin bərpası və ümumi konsepsiyaya inteqrasiyası da nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri