Icma.az
close
up
RU
Bakıda mühüm anlaşma

Bakıda mühüm anlaşma

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Türk İnvestisiya Fondu Orta Dəhlizin inkişafına ciddi töhfə verə bilər

Fevralın 14-də Bakıda Türk İnvestisiya Fondu ilə Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI) arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” adlı tədbirdə imzalanıb.

Sənədi TCCI və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyev imzalayıb. Memorandumda əməkdaşlıq üçün çərçivələr və konkret istiqamətlər müəyyən edilib. B.Amreyev vurğulayıb ki, Türk İnvestisiya Fondu və onun törəmə təşkilatı olan TCCI-nin gənc tarixində ilk Anlaşma Memorandumu imzalanır.

Bu hadisəni yüksək qiymətləndirən TİF rəhbəri qeyd edib ki, bu, sadəcə bir imzalama mərasimi deyil, həm də türk dünyasının biznes icması üçün əlamətdar gündür: “Türk Dünyası Baxışı 2040" çərçivəsində türk ölkələri arasında kapitalın, insanların, malların və xidmətlərin sərbəst hərəkətini təmin edəcək vahid iqtisadi məkanın yaradılması hədəflənir. Türk dünyası strateji iqtisadi dəhlizə çevrilir və indi bu vizyonu gerçəkləşdirməyin vaxtıdır. Biz taleyimizi formalaşdıracaq uzun bir yolun başlanğıcındayıq və bu inkişafın əsas aparıcı qüvvəsi biznes icması olacaq” (Report).

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Azərbaycan Türk İnvestisiya Fondunun təsisçi ölkələrindən biri kimi Azərbaycan Fondun türk dövlətləri arasında iqtisadi əməkdaşlığı yeni mərhələyə daşıyacağına inanır: “Fondun imkanlarından maksimum istifadə edərək, ortaq layihələr və innovativ təşəbbüslərlə iqtisadi inteqrasiyamızı daha da dərinləşdirməyə çağırırıq. Bu əməkdaşlıq sayəsində biz türk dövlətlərinin iqtisadi potensialını tam şəkildə reallaşdıraraq, qlobal bazarlarda daha güclü mövqe tuta bilərik”.

İqtisadiyyat nazirinin birinci müavini qeyd edib ki, Türk İnvestisiya Fondu ölkələrimiz arasında işbirliyinin stimullaşdırılmasında mühüm rol oynaya bilər: “Ticarətin və sahibkarlığın inkişafı, regional layihələrin, xüsusilə mikro, kiçik və orta müəssisələrin təşəbbüslərinin maliyyələşdirilməsi baxımından geniş perspektivlər vəd edən Fondun nizamnamə kapitalı 600 mln. ABŞ dolları təşkil edir. Türk Dövlətləri Təşkilatı kimi aktiv və potensialı yüksək olan platformada birgə fəaliyyətimizin genişləndirilməsi iqtisadi dəyişikliklərə uyğunlaşma və inteqrasiya baxımından olduqca vacibdir ”.

E.Əliyevin verdiyi məlumatdan aydın olub ki, Türk İnvestisiya Fondunun nizamnamə kapitalı 100 milyon ABŞ dolları və yaxud 20 faiz artırılaraq 500 milyon ABŞ dollarından 600 milyon ABŞ dollarına çatdırılıb.  Xatırladaq ki, Türk İnvestisiya Fondunu ötən il mayın 18-də İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan yaradıb. Fond türkdilli ölkələrdə həm dövlət, həm də özəl sektordakı layihələrə texniki dəstək verilməsi, infrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı və turizm kimi sahələrə investisiyaların artırılması və davamlı iqtisadi inkişafa töhfə verilməsi məqsədi ilə təsis olunub.

B.Amreyevin sözlərinə görə, TİF nəqliyyat sahəsində, xüsusilə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafına yönəlmiş layihələrin maliyyələşdirilməsinə diqqət yetirməyi planlaşdırır. O vurğulayıb ki, regional ticarət və investisiyaların stimullaşdırılması üçün yaradılmış Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə maliyyə qurumu olan fond, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna xüsusi diqqət yetirərək, logistika və infrastrukturu dəstəkləyərək nəqliyyat sektorunu fəal şəkildə inkişaf etdirəcək.

Bundan əlavə, B.Amreyev bildirib ki, Türk İnvestisiya Fondu “Ro-Ro” və “Ro-Pax” bərə daşımalarının inkişafı, həmçinin nəqliyyat sistemlərinin rəqəmsallaşdırılması kimi digər nəqliyyat təşəbbüslərini də dəstəkləməyə hazırdır.

Qeyd edək ki, TİF-in prioritet seçdiyi istiqamətlər təsisçi ölkələri birləşdirən nəqliyyat dəhlizi layihələrinin icrasını sürətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə ABŞ-da prezidentliyə qayıdan Donald Trampın qlobal ticarət sistemində ciddi təbəddülatlara gətirəcək addımları türk dövlətlərinin inkişaf etdirməyə çalışdıqları Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin gələcəyi baxımından səylərin artırılmasını zəruri edir. Belə ki, Tramp fevralın 13-də Vaşinqtonda Hindistan baş naziri Narendra Modi ilə danışıqlardan sonra açıqlama verərək Hindistan-Afrika-Avropanı birləşdirən - İndia - Middle East - Europe Economic Corridor (İMEC) layihəsi ilə bağlı mühüm razılaşma əldə etdiklərini açıqlayıb. Onun yaradılmasını nəzərdə tutan saziş Avropa İttifaqı, ABŞ, Hindistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri rəhbərləri tərəfindən 2023-cü ilin sentyabrında Yeni Dehlidə imzalayıblar. Layihə Hindistandan Avropaya BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail üzərindən dəmiryol xətləri və liman infrastrukturunun inteqrasiyasını nəzərdə tutur.

Trampın açıqlaması göstərir ki, onun administrasiyasının prioriteti İMEC olacaq. Lakin bu layihənin icrasının illərlə vaxt aparacağını nəzərə alsaq, bu illərin həm də Orta Dəhliz iştirakçıları üçün mühüm fürsət olduğunu deyə bilərik. İştirakçı ölkələr ortamüddətli dövrdə dəhliz boyu zəif həlqələri aradan qaldırmalı, onun səmərəliliyini artırmalıdılar. Bu baxımdan TİF vəsaitlərinin dəhlizin sürətli inkişafına yönəlik layihələrə yatırılması ciddi irəliləyişlərin əldə olunmasına yardım edər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Fevral 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see218

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see207

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see205

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see202

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see194

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see193

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see191

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see186

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see185

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see182

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see181

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see177

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see173

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see173

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see173

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see172

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see169

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see169

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri