Norveç Ukraynaya silah almaq üçün yarım milyard dollar ayırır
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Norveçin xarici işlər naziri Espen Bart Eide hökumətin Ukrayna Silahlı Qüvvələri üçün Amerika istehsalı silahların maliyyələşdirilməsini nəzərdə tutan PURL proqramına daha 500 milyon dollar ayırmaq qərarını açıqlayıb.
APA “Evropeyskaya pravda”ya istinadən xəbər verir ki, nazir bu açıqlamanı NATO toplantısı ərəfəsində verib.
Bu bəyanata əsasən, artıq Ukraynanın ehtiyaclarının maliyyələşdirilməsində lider ölkələrdən birinə çevrilən Norveç dekabr ayında nəzərdə tutulan ümumi maliyyələşdirmənin yarısını təkbaşına qarşılamağa hazırdır.
“Bu gün Norveç PURL proqramına əlavə 500 milyon dollar ayırdığını elan edir. Bu məbləğ iki paket şəklində təqdim olunacaq: biri Almaniya və Polşa ilə, digəri isə Almaniya və Niderlandla birgə”, – Espen Bart Eide bildirib.
PURL proqramının maliyyələşməsinin kəskin artırılmasını Bart Eide hazırda keçirilən “sülh danışıqları” dövründə Ukraynaya dəstəyi gücləndirməyin vacibliyi ilə izah edib: “İndi Ukraynaya dəstəyi kəskin artırmağın vaxtıdır ki, ukraynalılar danışıqları güc mövqeyindən apara bilsinlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 03 Dekabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















