Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər (Video)
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son günlər Bakıda tozlu hava müşahidə edilir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu hal xüsusilə açıq ərazilərdə və yollarda daha aydın hiss olunur.
Mütəxəssislərin sözlərinə görə, müşahidə olunan tozun səbəbi yerli amillərlə bağlı deyil. Cənub-şərq istiqamətindən əsən hava axınları tozu ölkə ərazisinə gətirir.
Havada tozun miqdarı normadan 2,2 dəfə artıqdır.
Atmosferdəki toz hissəcikləri tənəffüs yollarına daxil olaraq sağlamlıqla bağlı problemləri də ağırlaşdıra bilər. Xüsusilə uşaqlar, yaşlılar, allergiyası və tənəffüs sistemi xəstəlikləri olan şəxslər daha diqqətli olmalıdırlar.
Həkim-infeksionist Aytən Ziyadova deyir ki, tozlu hava şəraitində profilaktiki tədbirlər vacibdir. Xüsusilə xroniki xəstəliyi olan uşaqlar və böyüklər bu reaksiyaları daha ağır keçirə bilərlər və onlara erkən müdaxilə tələb oluna bilər.
Mütəxəssislər tozlu hava şəraitinin davam edəcəyi müddətdə vətəndaşlara açıq havada mümkün qədər az vaxt keçirməyi və sağlamlıqlarını qorumaq üçün profilaktik tədbirlərə əməl etməyi tövsiyə edirlər.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 Oktyabr 2026 00:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















