Bakıda tozlu hava
Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.
Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.
O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.
"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”, - o deyib.

Bakıda 2 gün tozlu hava olacaq
30 May 2025 12:40
Bakıda 3 gün tozlu hava olacaq
04 Avqust 2025 16:48
Bakıda küləyin təhlükələri Həkim: Tozlu hava ağciyər xərçəngi riskini artırır
09 Aprel 2025 16:42
525ci qəzet Bakıda müşahidə olunan tozlu hava Səbəb və nəticələr
15 Noyabr 2024 11:49

