Icma.az
close
up
RU
Bakıda olan macar jurnalist Robbi Kinin müdafiəsinə qalxdı

Bakıda olan macar jurnalist Robbi Kinin müdafiəsinə qalxdı

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Görünür, azərbaycanlı həmkarlarımızın "Qarabağ" - "Ferentsvaroş" oyunundan Robbi Kinə ünvanladığı suallar macarıstanlı idman jurnalistlərinin xoşuna gəlməyib.

"Nemzeti Sport" nəşrinin əməkdaşı Laslo Borsos Budapeştə qayıdar-qayıtmaz baş məşqçinin müdafiəsinə qalıb, bizimkilər haqda isə yetərincə qəzəbli ifadələr işlədib. Daha doğrusu, Bakıya səfər edən yeganə macar jurnalist çalışdığı saytda "Robbi Kin alçaldıcı suallarla üz-üzə qaldı" sərlövhəli yazı dərc edib. Sizi onun fikirləriylə tanış edirik:

"Qələbə coşqusu yaşayan azərbaycanlı idman jurnalistləri hisslərini cilovlaya bilmədi və mətbuat konfransına qatılan Robbi Kinə alçaldıcı suallar ünvanladı. Onlar "Ferentsvaroş"un baş məşqçisinə yuxarıdan aşağı baxmaqdan çəkinmədilər. Hər halda, Kin də sərt cavablar verməkdən çəkinmədi. Necə deyərlər, onları həqiqətlərlə susdurdu. Bəli, "yaşıl qartallar" Bakıda qələbə qazandı. Ancaq hesab əsas mərhələyə yüksəlməyimiz üçün kifayət etmədi. Bu üzdən Kin azərbaycanlıların qarşısına məğlub komandanın çalışdırıcısı kimi çıxdı. Onun məqsədi fərqli idi. Nankorluq etmədi və susmaq haqqı olduğu halda hər sualı cavablamaq üçün səy göstərdi. Lakin azərbaycanlılar onu lazım olduğu kimi anlamadı, daha dəqiqi, anlamaq istəmədi. Görünür, bəziləri Azərbaycanda Kin və "Ferentsvaroş" haqda doğru olmayan məlumatlar yayıb və hamını buna inandırıb. Məncə, onlar reallıqdan uzaq idilər. Jurnalistlər baş məşqçimizin komandanın vurduğu üç qola görə həddən artıq çox sevindiyini dedi və layiq olduqları cavabı aldı: "Sən dəli olmusan? Qol vurmuşuqsa, hərəkətsiz qalmalıyıq? Biz robot deyilik! Belə ola bilmərik. Çünki azarkeşlər hisslərə və mübarizə arzusuna çox önəm verir. İstər meydanda, istərsə də meydandan kənarda bunları görmək istəyir. "Qarabağ"ın futbolçuları bizim texniki zonanın ətrafında sevinc qışqırıqlarıyla qaçanda bizdən daha xoşbəxt, çılğın görünürdülər".
Azərbaycanlı jurnalistlər Robbi Kini həm də kinli və özündənrazı olmaqla günahlandırdı. Niyə? Deyəsən, onu yanlış anlayıblar. Kin bu məsələyə aydınlıq gətirdi. Dedi ki, qələbə qazanacaqlarına inandıqlarını bildirib. Yəni ortada konkret iddia yoxdu. Hər halda, onlar "Ferentsvaroş"u kiçiltməyə çalışdılar. Kadinin "Qarabağ"ı seçdiyini qabartdılar. Və Kindən daha bir layiqli cavab aldılar. Həqiqətən də "Qarabağ"ın Çempionlar Liqasında nə edəcəyi heç kim üçün maraqlı deyil!"


KƏNAN BAHADIR 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Avqust 2025 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri