Bakıda piyada səkisini zəbt edən qurğular söküldü
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakının Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsində ictimai iaşə obyektlərinin qarşısında sakinlərin sərbəst hərəkətinə mane olan dibçəklər və günlüklər sökülüb.
Bu barədə "Unikal"a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında ərazidə baxış keçirilib. Yoxlama zamanı piyada səkisində quraşdırılan qurğuların piyadaların təhlükəsiz və maneəsiz hərəkətinə ciddi çətinlik yaratdığı müəyyən olunub", - məlumatda deyilir.
Bildirilir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə həmin dibçəklər və günlüklər yığışdırılıb, səkilər əvvəlki vəziyyətinə qaytarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 03 Oktyabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















