Icma.az
close
up
RU
Bakıda qəbir bisnesi : Ölülərə hörmətsizlik etməyin İlahiyyatçıdan ETİRAZ

Bakıda qəbir bisnesi : Ölülərə hörmətsizlik etməyin İlahiyyatçıdan ETİRAZ

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Azərbaycanda qəbir yerlərinin satılması məsələsi uzun müddətdir gündəmdədir. Bəzən elə öz yaxınlarımızdan da bu barədə eşidirik. Qiymətlər arasında isə ciddi fərqlər var.

Ölkədə bu mövzu dəfələrlə müzakirə olunsa da, lakin heç bir real dəyişiklik yoxdur.

Bəs ölülərin son mənzilini alverə çevirmək nə qədər doğrudur?

Gununsesi.info -ya danışan ilahiyyatçı Tural İrfan bu məsələyə etirazını belə bildirir.

“Qəbir yerlərinin satışı hələ də davam edir. Bu problem illərdir müzakirə olunur, tənqid edilir, lakin heç bir tədbir görülmür. Axı dünyanın hansı yerində qəbir alveri, qəbir biznesi və qəbir yerinin alqı-satqısı var? Ölkəmizdə isə qanunsuz və etik olmayan bir praktika yaranıb. Qanunda qəbir yerlərinin pulla satılması nəzərdə tutulmur, amma yerli məmurlar və biznesmenlər dinsiz, imansız və qanunu saymayan bir qrup bu işi görür. Qəbiri  həddindən artıq baha qiymətə vətəndaşlara satırlar. Nəticədə, rüşvətxor məmurlar və işbazlar qəbristanlıqların böyük hissəsini zəbt edib, hasar çəkiblər.  Ona görə də kasıb camaata qalmayıb.

Bunun da hirsini bələdiyyələr, işbazlar kasıb təbəqədən çıxardır, qəbir yerlərini onlara pulla satırlar. Yenə bir dövlət rüsumu olsa dərd yarıdır, bilərsən ki, yer məhdudluğuna yaxud digər məsələlərə görə müəyyən simvolik məbləğ ödənər. Yoxsa rüşvətlə qəbir yeri satmaq, almaq olar? Ölən insana da imkan vermirlər ki, o biri dünyaya halal getsin”– deyə T.İrfan əlavə edib.

T.İrfan təklif edir ki, Bakı şəhərində müəyyən bir sahə ayrılaraq camaata bərabər şərtlərlə qəbir yerləri təqdim edilsin, beləliklə də bu cür neqativ halların qarşısı alına bilər:

“Eyni zamanda, standart qəbir daşlarının icbari olması vacibdir. Çünki böyük daşlar, məqbərələr, beton dirəklər və digər standartlara uyğun olmayan tikililər şəhərin infrastrukturuna zərər verir və qəbristanlıqların mahiyyətini dəyişdirir. Bu özü boyük israfçılığa yol açır. Nə çətin işdir ki, hamıya eyni qəbir daşı təklif edilsin və bu, bütün cəmiyyət üçün təmin edilsin?

Xaricdən mərmər gətirib satan inhisarçı məmurlar da başqa sahələrdə bizneslə məşğul ola bilərlər. Qəbir yerlərinin satılmasını təşkil edən, satan, bunun dəllallığını, alverini edənlər ölünün ağzından dişini sökənlər qədər çirkin iş görürlər.

Dinimizin ən iyrənc iş kimi qəbul etdiyi əməllərdən biri də qəbir satmaqdır. Doğulanda doğum evində pul, yaşayış hamısı pul, xəstələndikdə pul, öləndə yas, ehsan pul, torpağa dəfn olunmaq da pul… Gözəl həyatı bu cür əməllərlə iyrənc və nifrət ediləsi bir duruma salanlar cəzalanmalıdır. Qəbir yerlərinin biznesini təşkil edənlər, özlərindən qiymət müəyyən edənlər qanuna zidd əməllərə görə cavab verməlidir. Dövlətə məxsus yaxud bələdiyyə torpağını özündən rüsum təyin edib qanunsuz yolla satanlar məsuliyyət daşıyırlar.

Bu belə qalmamalıdır. Demək pulu olmayanın ölüsü çöldə qalmalıdır? Yaxud əlavə xərc çəkib hansısa ucqar rayona, kəndə aparmalıdır? Hansısa məmur da 60 qəbirlik yeri zəbt edib atasına 5 metrlik abidə ucaltmalıdır ortasında? Bunun adı nədir? Aidiyyəti qurumlar susur. Məzarlıqlarda xaotik vəziyyətdir. Orada da varlı kasıb, məmur – rəiyyətə bölünüb. Biyabırçılıqdır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Yanvar 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri