Icma.az
close
up
RU
Bakıda qəribə həşəratlar peyda oldu Səbəb

Bakıda qəribə həşəratlar peyda oldu Səbəb

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Son günlər paytaxtın müxtəlif ərazilərində, xüsusilə Binə qəsəbəsində qanadlı qarışqaların kütləvi şəkildə görünməsi sakinlərin diqqətini cəlb edib. Sosial şəbəkələrdə də yayılan videogörüntülərdə minlərlə həşəratın yaşayış binalarının ətrafında, eyvanlarda, küçə işıqlarının yaxınlığında toplandığı müşahidə olunur. Tez-tez görməyə adət edilməyən bu mənzərə bəzi vətəndaşlarda narahatlıq yaradıb, həşəratların sayının birdən-birə artmasının səbəbləri ilə bağlı müxtəlif suallar ortaya çıxarıb.
Həmçinin oxu:
Uçan qarışqalardan necə qurtulmaq olar
Qarışqalardan qurtulmağın ən asan yolu açıqlandı
Həyətinizə ilan gəlsin istəmirsinizsə, bu bitkini əkməyin
Sakinləri ən çox maraqlandıran məqamlardan biri isə bu həşəratların insan sağlamlığı üçün təhlükə yaradıb-yaratmaması, eləcə də onların yaşayış məntəqələrində kütləvi şəkildə görünməsinin hansı amillərlə əlaqəli olmasıdır. Xüsusilə isti hava şəraitinin hökm sürdüyü son günlərdə müşahidə olunan bu halın təbii proses, yoxsa hər hansı ekoloji dəyişikliklə bağlı olması barədə fərqli fikirlər səsləndirilir.
Məsələyə aydınlıq gətirmək üçün oxu.az Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutuna müraciət edib.
Qurumun "Onurğasızların biomüxtəlifliyi və ekologiyası" laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Gülər Hüseynzadə bildirib ki, evlərdə və yaşayış məntəqələrində uçan qarışqaların görünməsi onların təbii çoxalma dövrü ilə əlaqədardır.
O qeyd edib ki, uçan qarışqalarla bağlı ciddi risk faktoru yoxdur:
"Uçan qarışqaların çoxalması yaz və yay aylarının əvvəllərinə təsadüf edir. Bu zaman qanadlı analar və erkək fərdlər qısa müddətdə cütləşmək üçün yuvadan çıxıb uçuşurlar. Sözügedən canlıların insanlar üçün heç bir təhlükəsi yoxdur. Əgər sayları çoxdursa, onları təbii vasitələrdən - çay ağacı, evkalipt, nanənin efir yağlarının suda məhlulundan və yaxud kimyəvi preparatlardan (insektisidlər) istifadə etməklə uzaqlaşdırmaq olar. Yuvanı aşkar etmisinizsə, onu qapatmaq olar".
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 İyun 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see257

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see224

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see215

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see202

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see196

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see194

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see193

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see192

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see189

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see189

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see187

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see185

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see182

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see178

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see177

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see175

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see171

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see168

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see168

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri