Bakıda qiyməti kəskin artacaq 10 yeni ərazi
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Bakıda metro xətlərinin genişlənməsi daşınmaz əmlak bazarında hərəkətlilik yaradıb. Yeni stansiyaların inşası elan olunan ərazilərdə evlərin qiyməti artıq indidən bahalaşmağa başlayıb. Beynəlxalq təcrübə göstərir ki, metro xətlərinin çəkilişi yaxın radiusda yerləşən əmlakın dəyərini 10-30 faiz, bəzən isə daha çox artırır. Bu təsir xüsusilə stansiyadan 300-800 metr məsafədə olan binalarda daha kəskin hiss edilir.
Mövzunu şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc milli.az-a bildirib ki, yeni metro stansiyalarının inşası tikinti sektorunda sifarişlərin artmasına, şirkətlərin portfelinin genişlənməsinə və fəaliyyət sahələrinin böyüməsinə səbəb olur:
"Bu layihələr ətraf mühitin nəqliyyat əlçatanlığının təmin edilməsi və infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm addımdır. Bakıda 10 yeni stansiyanın tikintisi həm işçi qüvvəsinin, həm də inşaat materialları bazarının aktivləşməsinə və tikinti şirkətlərinin büdcələrinin böyüməsinə təkan verir. Metro stansiyalarına yaxın ərazilərdə daşınmaz əmlakın qiymətlərində artım müşahidə olunacaq. Nəqliyyat əlçatanlığı qiymət artımının əsas amillərindən biridir. Hətta yeni stansiyaların tikintisi barədə məlumatların ictimailəşdirilməsi belə, həmin ərazilərdəki əmlakın satış qiymətlərinin artmasına birbaşa təsir göstərir".
Ekspertin fikrincə investorlar üçün nəqliyyat qovşaqları hər zaman prioritetdir. Stansiya ətrafında yaranan insan sıxlığı həmin ərazilərin kommersiya cəlbediciliyini artırır. Vüqar Oruc qeyd edib ki, investorlar nəqliyyat infrastrukturuna böyük önəm verirlər:
"Metroların inşası həmin ərazilərdə yeni yaşayış sahələrinin, inzibati binaların, ticarət mərkəzlərinin (molların) və iaşə obyektlərinin yaranması üçün zəmin yaradır. Metro xidmətindən istifadə edən vətəndaşların stansiya ətrafında cəmləşməsi ticarət obyektlərinin gündəlik gəlirlərinin artmasına səbəb olur. Yeni metro stansiyalarının tikintisi həm əhalinin nəqliyyat ehtiyaclarının ödənilməsi, həm də ölkə iqtisadiyyatının davamlı inkişafı baxımından strateji əhəmiyyət kəsb edir".
Hazırda Bakı metrosunda 2027-ci ilə qədər inşası nəzərdə tutulan 10 stansiyadan birində tikinti sürətlə davam edir, digər 9 obyektin layihələndirilməsi isə tamamlanıb. Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, şərti adı "B4" olan stansiyanın bu ilin sentyabr ayına qədər təhvil verilməsi planlaşdırılır. Paralel olaraq "Dərnəgül" deposunda da işlər davam edir. Görünən odur ki, yaxın illərdə paytaxtın əmlak xəritəsində qiymət balansları yenidən formalaşacaq.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Rusiyada avtomobillərin qiyməti kəskin artacaq
03 Dekabr 2024 00:35
Bakıda bu mənzillərin qiyməti kəskin artdı
28 Noyabr 2025 16:20
Bakıda binalar üçün yeni qaydalar: Evlərin qiyməti artacaq? AÇIQLAMA
18 Dekabr 2025 16:02
Bakıda bu ərazi yanır
20 İyun 2025 14:58
Bakıda yeni söküntünün aparılacağı ərazi BİLİNDİ
19 May 2025 15:57
Baxış sayı:108
Bu xəbər 04 Fevral 2026 10:56 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları