Bakıda "Milyonerlər məhəlləsi"indəkiyanğın söndürüldü VİDEO
Icma.az, Bakupost saytına istinadən bildirir.
13:18
Bakının Nəsimi rayonunda köhnə tikili yanır.
"Bakupost"un əldə etdiyi məlumata görə, yanğın Nəsimi metrostansiyasının yaxınlığında yerləşən keçmiş fabrik kimi fəaliyyət göstərən tikilidə baş verir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Lalə, BakuPost
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
***
Bakıda istifadə edilməyən köhnə tikilidə baş verən yanğın söndürülüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetnə Xidmətinin 14 texnikası, 66 şəxsi heyəti cəlb edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 18 Avqust 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















