Icma.az
close
up
RU
Bakıda “Resurslar və mədəniyyət. Arxeologiyadan yeni texnologiyaya” mövzusunda beynəlxalq konfrans keçirilir AZƏRTAC

Bakıda “Resurslar və mədəniyyət. Arxeologiyadan yeni texnologiyaya” mövzusunda beynəlxalq konfrans keçirilir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 3-də Azərbaycan Milli Xalça Muzeyində “Resurslar və mədəniyyət. Arxeologiyadan yeni texnologiyaya” adlı beynəlxalq konfrans işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Birlik irsi. Gələcək üçün ənənələr” çoxillik kompleks proqramı çərçivəsində keçirilən konfrans Ümumrusiya Dekorativ Sənəti Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə baş tutub.

Əvvəlcə tədbir iştirakçıları Milli Xalça Muzeyi ilə yaxından tanış olublar.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və Ümumrusiya Dekorativ Sənəti Muzeyinin direktoru Yelena Titova beynəlxalq konfransın işinə uğurlar arzulayıblar. Bildirilib ki, dekabrın 5-dək davam edəcək konfrans günlərində mövzuya uyğun məruzələr dinləniləcək. Beynəlxalq tədbirdə Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistandan muzey direktorları və mütəxəssislər iştirak edirlər. Konfrans iştirakçıları təbii resursların müxtəlif xalqlar tərəfindən öyrənilməsi yollarını, bu prosesin xalq yaradıcılığı və peşəkar sənətkarlıqda, müasir rəssamların işlərində əksini, MDB ölkələri muzeylərinin biznes strukturlarının nümayəndələri və gənc kadrlarla işbirliyini müzakirə edəcəklər. Burada, həmçinin muzey idarəçiliyi və rəqəmsallaşdırma sahəsində tətbiq olunan yeniliklər təqdim olunacaq.

Sonra konfrans işini akademik sessiyalarda davam etdirib. Bu sessiyada “Təbii, maliyyə, informasiya, insan resursları mədəniyyətin inkişafı üçün impuls kimi”, “Təbiət mənbə kimi: xalq yaradıcılığı və peşəkar sənətkarlıqda material və obrazlar”, “MDB məkanında muzeylərarası əməkdaşlıq” və digər mövzularda məruzələr dinləniləcək.

Konfrans çərçivəsində mədəni proqram da təşkil olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri