Icma.az
close
up
RU
Bakıda “Resurslar və mədəniyyət. Arxeologiyadan yeni texnologiyaya” mövzusunda beynəlxalq konfrans keçirilib AZƏRTAC

Bakıda “Resurslar və mədəniyyət. Arxeologiyadan yeni texnologiyaya” mövzusunda beynəlxalq konfrans keçirilib AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 3-də Azərbaycan Milli Xalça Muzeyində “Resurslar və mədəniyyət. Arxeologiyadan yeni texnologiyaya” adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “Birlik irsi. Gələcək üçün ənənələr” çoxillik kompleks proqramı çərçivəsində keçirilən konfrans Ümumrusiya Dekorativ Sənəti Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə baş tutub.

Əvvəlcə tədbir iştirakçıları Milli Xalça Muzeyi ilə yaxından tanış olublar.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və Ümumrusiya Dekorativ Sənəti Muzeyinin direktoru Yelena Titova beynəlxalq konfransın işinə uğurlar arzulayıblar. Bildirilib ki, dekabrın 5-dək davam edəcək konfrans günlərində mövzuya uyğun məruzələr dinləniləcək. Beynəlxalq tədbirdə Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistandan muzey direktorları və mütəxəssislər iştirak edirlər. Konfrans iştirakçıları təbii resursların müxtəlif xalqlar tərəfindən öyrənilməsi yollarını, bu prosesin xalq yaradıcılığı və peşəkar sənətkarlıqda, müasir rəssamların işlərində əksini, MDB ölkələri muzeylərinin biznes strukturlarının nümayəndələri və gənc kadrlarla işbirliyini müzakirə edəcəklər. Burada, həmçinin muzey idarəçiliyi və rəqəmsallaşdırma sahəsində tətbiq olunan yeniliklər təqdim olunacaq.

Sonra hər iki muzeyin direktorları bir-birinə xatirə hədiyyəsi bağışlayıblar.

Konfrans “MDB məkanında muzeylərarası əməkdaşlıq” mövzusunda akademik sessiya ilə işini davam etdirib. Burada “Birlik irsi. Gələcək üçün ənənələr” planşet sərgisi təqdim olunub. Qarşıdakı günlərdə davam edəcək akademik sessiyalarda “Muzey və insanlar”, “Muzey və informasiya resursları”, “Təbiət və ənənələr ilham mənbəyi kimi”, “Avrasiya mədəniyyətlərinin ən qədim əsasları: arxetiplər, simvolizm, arxeoloji artefaktlar”, “MDB xalqlarının dekorativ sənəti”, “Müasir muzeyin ənənələrin qorunmasında rolu” kimi mövzularda məruzələr dinləniləcək.

Konfrans çərçivəsində mədəni proqram da təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see187

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see144

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri