Icma.az
close
up
RU
Bakıda şagird sıxlığı pik həddə çatıb: Əlavə 200 məktəb tikilməlidir

Bakıda şagird sıxlığı pik həddə çatıb: Əlavə 200 məktəb tikilməlidir

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Son illər Bakıda əhalinin artımı, yeni yaşayış massivlərinin salınması və şəhərə köç proseslərinin sürətlənməsi məktəblərdə şagird sıxlığını artırıb. Xüsusilə paytaxtın bir sıra ərazilərində məktəblərdə siniflərin normadan artıq komplektləşdirilməsi müşahidə olunur. 

Təhsil eksperti Elşən Qafarov Sfera.az-a bildirib ki, Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində 350 məktəb var.

Bu 350 məktəbdə təxminən 500 000 şagird təhsil alır. Ümumiyyətlə ölkədə təhsil alan hər 3 şagirddən biri Bakı Şəhər Təhsil İdarəsinə daxil olan məktəblərdə oxuyur. Eyni zamanda çalışan hər 5 müəllimdən biri Bakı Şəhər Təhsil İdarəsinə tabe olan məktəblərdə çalışır:

“Təbii ki, Bakı şəhəri üzrə məktəblərdə vəziyyət sıxlıq baxımından ürəkaçan deyil. Siniflərində 30,35,40 hətta 50-yə qədər şagirdi olan məktəblərimiz var. Bu baxımdan Bakı şəhərində şagird sıxlığı pik həddədir. Buna baxmayaraq ötən tədris ilində dövlət Bakı şəhərində təqribən 10 məktəb tikib. Sıxlığı aradan qaldırmaq üçün tədbirlər görülür. Amma urbanizasiya nəticəsində əhalinin plansız olaraq Bakı şəhərində daha çox yerləşməsi, məktəblilər üçün yerlərin saxlanılmaması çox ciddi problemlər yaradır. Bu problemlər daha çox Bakı şəhəri və Abşeron rayonu ərazisindədir”.

Ekspert məcburi köçkünlərin Qarabağa qayıdışı, regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən tədbirlərin gələcəkdə bu problemin həllinə bir qədər kömək edəcəyini düşünür:

“Bakı məktəbləri şagird sayını tam qarşılaya bilmir. Hazırkı vəziyyətdə Bakı şəhərində şagird sıxlığını aradan qaldırmaq üçün ən azı 200 məktəb tikilməlidir. Eyni zamanda Bakı şəhərində yerləşən məktəblər şagirdlərin sayının təqribən 50%-ni qarşılaya bilir. Belə olan halda Bakı məktəblərində sıxlıq daha çoxdur. Ümumilikdə bir məktəbdə tədrisin normal təşkil edilməsi üçün 700000 şagird olmalıdır. Amma bu normadan artıq olan məktəblərimiz var”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Sentyabr 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri